Xəbər lenti
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Gürcüstanda qeyd olunub - ŞƏKİLLƏR

Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin və Mehdiabad Uşaq Musiqi Məktəbinin kollektivləri Gürcüstandan qayıdıblar.
Manevr.az xəbər verir ki, kollektiv Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təşkil olunan konsertdə iştirak edib.
Məktəbin direktoru, Əməkdar müəllim İkram Manafov bildirib ki, gənc musiqiçilər əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Tbilisi şəhərindəki büstünü ziyarət edib, önünə tər güllər düzərək, xatirəsini ehtiramla anıblar.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun da iştirak etdiyi tədbirdə çıxış edən Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva 18 oktyabrın Azərbaycan tarixindəki yeri və rolu barədə məlumat verib, müstəqil Azərbaycanın bu gün çiçəkləndiyini, qüdrətləndiyini və möhkəmləndiyini, dünyada layiqli yer tutduğunu qeyd edib.
Tədbir konsert proqramı ilə davam edib. Abşeronlu məktəblilərin ifasında xalq və bəstəkar mahnıları səsləndirilib və milli rəqslərimiz nümayiş olunub.
Səfər çərçivəsində Gürcüstanda keçirilən “MSXETA- 2019” Uşaq və Gənclərin Beynəlxalq Yaradıcılıq Festivalında uğurla iştirak edən Abşeron rayon musiqi məktəblərinin müəllim və şagirdləri festivalın diplomları ilə təltif olunmuşdur.








Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar