Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Nərimanovun Gürcüstandakı heykəli bərpa olunur

Tarix: 18-10-2019 19:15     Baxış: 3396 A- / A+
Nərimanovun Gürcüstandakı heykəli bərpa olunur

Gürcüstanın Marneuli rayonunun mərkəzində Azərbaycanın görkəmli dövlət xadimi, yazıçı və həkim Nəriman Nərimanovun heykəli və onun adını daşıyan park bərpa olunacaq.

Manevr.az report-a istinadən xəbər verir ki, bu barədə Marneuli rayonunun icra başçısı Zaur Darğallı bildirib.

Onun sözlərinə görə, rayonda olan bütün parkların bərpası nəzərdə tutulub: “Təmir-bərpa işləri zamanı parkların ərazisində yerləşən obyektlər də nəzərə alınacaq. Bu işlərin aparılması ilə bağlı müsabiqə keçiriləcək. Müsabiqəyə təqdim olunan layihələrin həyata keçirilməsi məqsədilə tender elan olunacaq. Marneulidəki bütün parkların bərpasının 2020-ci ilin sonuna qədər başa çatdırılması planlaşdırılıb”.

Qeyd edək ki, ötən ay N.Nərimanovun Marneulidəki heykəli daha da qəzalı vəziyyətə düşüb. 1980-ci illərin əvvələrində ucaldılan abidənin postamentində yerləşən mərmər lövhələrin bir neçəsi yerindən qopub, fundamentində çatlar əmələ gəlib. Heykəlin yerləşdiyi parkın təmir-bərpa və abadlıq işlərinə böyük ehtiyacı var.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar