Xəbər lenti
Nəsiminin 650 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin seçim - tur mərhələsi keçirildi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə bu gün Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin seçim - tur mərhələsini keçirdi.
Manevr.az xəbər verir ki, Mərkəzi Kitabxananın Metodika və biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayılova, böyük metodist İradə Hüseynova və Uşaq şöbəsinin müdiri Sevil Namazova, 173 №li tam orta məktəbin kitabxana müdiri Validə Muradova münsiflər heyətini təmsil edərək, şagirdlərin ifalarını 10 ballıq sistemlə qiymətləndirdiriblər. İştirakçıların çıxışları əsərlərin mətni, ifadə tərzlərinin obrazlılığı, mətnlərin dərindən dərk edilməsinə görə dəyərləndirilib. Nailə Mustafayeva, Nisə Məmmədova, Dilavər Məmmədova, Aişə Bağırzadə, Fatimə Kazımlı, Fatimə Təhməzova fərqlənərək növbəti tur üçün seçildilər.
Müsabiqənin keçirilməsinin məqsədi uşaqlar arasında mütaliənin təbliği, mütaliə-bilik dairəsinin genişləndirilməsi və vərdişlərinin inkişaf etdirilməsi, kitabxanalara ictimai marağın artırılması, istedadlı uşaqların aşkarlanmasıdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar