Xəbər lenti
Şirvanda “İstedad sərhəd tanımır” adlı sərgi keçirilib - ŞƏKİL
Şirvan Dövlət Rəsm Qalereyası əlilliyi olan səxslərin yaradıcılığının dəstəklənməsi məqsədilə yeniyetmə şəhər sakini, nitq qüsurlu əlil Nərmin Əhədovanın fərdi sərgisini təşkil etdi.
Manevr.az-ın verdiyi xəbərə görə, sərgidə müəllifin 20-dən artıq rəsm və əl işləri nümayiş olunurdu. Sulu boya və quaşla kağız üzərində çəkilmiş reallıqdan kənar obrazların təsvir olunduğu rəsmlər seyircilərin daha çox diqqətini cəlb edirdi. Sanki, Nərminin fərqli daxili aləmi onun rəsmlərinə də siraət etmiş fərqli kompozisiyalar və rəng çalarları ortaya çıxmışdır.
Sərginin açılışında Şirvan şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə İsmayılova , həmçinin Şirvan şəhər əlillərin bərpa mərkəzinin baş həkimi Mehriban Siracova iştirak edərək Nərmin Əhədovanı bu uğuru münasibətilə təbrik etdilər və yeni yaradıcılıq uğurları arzuladılar.
Sonda Nərminə Şirvan Dövlət Rəsm Qalereyası tərəfindən təşkil olunan sərgilərdə fəal iştirakına görə fəxri fərman təqdim olundu.
Sərgidə təhsil , mədəniyyət və səhiyyə müəssisələrindən olmaqla 70-dən artıq qonaq iştirak edirdi.
Vəliyeva Çinarə Ziyafət qızı
Şirvan Dövlət Rəsm Qalereyasının direktoru
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar