Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Aktyor ağır xəstəlikdən əziyyət çəkir

Tarix: 04-08-2019 21:52     Baxış: 3356 A- / A+
Aktyor ağır xəstəlikdən əziyyət çəkir

Aktyor Allahverdi Yolçuyev parkinson xəstəliyindən əziyyət çəkir.


Manevr.az
-ın məlumatına görə, aktyor qafqazinfo-ya açıqlamasında bildirib ki, artı1 2 ildir bu xəstəliklə mübarizə aparır:

"2 ilə yaxındır bu xəstəliyim var. Əvvəl bir barmağım əsirdi, sonra əlim, sonra da qolum əsməyə başladı. Xəstəliyin müalicəsi bizdə yoxdur. Qarşısını alsın deyə müəyyən dərmanlar içirəm.

Əksər klinikalara təşəkkür edirəm. Məni aktyor kimi tanıdıqları üçün təmənnasız müayinə edirlər. İrana müalicəyə getmişdim. Ancaq orada yazılan dərmanların xeyri olmadı. Həkimlər deyir ki, parkinsonun dünyada müalicəsi yoxdur. Məndə nevrozdur. Bəlkə də, bu xəstəliyim müalicə olunsa, o da düzələr”.

Yolçuyev sənət dostlarından da ona yardım edənlərin olduğunu bildirib:

"Hacı Nuran sağ olsun, paylaşıb, xəstəliyimi bildirib. Kömək edən də, etməyən də sağ olsun. Hələ mən bu xəstəliyimi çox da bildirmirdim. Qorxmaz Əlili, Elza Seyidcahan, Teymur Əmrah kömək təklifi etdilər”.

Aktyor maddi imkanının zəif olduğunu qeyd edib:

"Aktyor üçün əsas stimul o ola bilər ki, zəhməti qiymətləndirilsin. 40 ildir sənətdəyəm, heç bir fəxri adım yoxdur. Maaş almıram, dublyajda qonorar azdır. Tək işləyən adamam, 10 nəfər ailəni necə dolandırım? Hamısı da qız uşağıdır”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar