Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Təəssüf ki, kinomuz səhv istiqamətdədir..." - Afaq Bəşirqızı

Tarix: 01-08-2019 22:26     Baxış: 4378 A- / A+
"Təəssüf ki, kinomuz səhv istiqamətdədir..." - Afaq Bəşirqızı

Bu gün Azərbaycanda Milli kino Günü kimi qeyd edilir. Qeyd edək ki, hələ 2000-ci il 2 avqust tarixində mərhum prezident Heydər Əliyevin sərəncamı ilə hər il avqustun 2-si kino tariximizin günü kimi keçirilir.

Xatırladaq ki, Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri (“Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s.) və bir bədii kinosüjetdən (“İlişdin”) ibarət idi.

1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdı. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək üçün Peterburqdan rejissor Boris Svetlov dəvət olunmuşdu. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynayıb. 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə “Təntənə” adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.

Bəs hazırda kinomuzun vəziyyətini qənaəetbəxş hesab etmək olarmı? Məsələ ilə bağlı xalq artisti Afaq Bəşirqızı danışdı: “Hazırda kinomuzun vəziyyəti məni qane etmir. Onun gələcəyini görə bilmədiyim üçün bu haqda heç nə fikirləşə bilmirəm. Çünki hazırda kinomuz tamamilə səhv istiqamətdədir. Bu yaxınlarda ssenari qəbul etdilər. Bildirim ki, həmin ssenarilərin nə dərəcədə əhəmiyyətli olması, xalqa, millətə, janra təsir və yaxud təmsil edəcəyi məni çox şaşırdır heç bir söz deyə bilmirəm. Biz hər zaman hər şeydə yenilik axtarır, gənclərə yer verir, dəstək göstəririk, amma yeri gələndə görürük ki, heç bir zəhməti olmayan, yalnız öz ambisiyası üçün çalışanların qılıncının dalı da, qabağı da kəsir. Kinomuzun yenidən dirçəlməsi üçün böyük güc, konsepsiya lazımdır və ən nəhayət, incəsənətdə və mədəniyyətdə anarxiyaya son qoyulmalıdır. Anarxiya bir çox sahələrdə var, lakin təəssüf ki, incəsənət və mədəniyyətdə özünü daha qabarıq göstərir. Bu sahədə yeri səhv düşənlər çoxdur. Buna görə də kinomuzun sonu görünmür”.

Afaq Bəşirqızı bu günlərdə fəxri ad alan həmkarlarını da təbrik etdi: “Mən bütün fəxri ad alan sənətkarlarımızı təbrik edirəm. Onların arasında həqiqətən buna layiq olanlar var”.

Qeyd edək ki, prezidentin sərəncamı ilə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aktyorlar Vidadi Əliyev, Vidadi Həsənov və aktrisa Xalidə Quliyeva xalq artisti, Qorxmaz Əlili, Zilli Namazov isə əməkdar artist adına layiq görülüblər.musavat.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar