Xəbər lenti
Afaq Bəşirqızıdan uşağı tələf olan aktrisaya dəstək
"Yəqin ki, Şəbnəm Cəbrayılovanın dediyi sözlər aidiyyatı qurumlar tərəfindən araşdırılacaq. İnanıram ki, aktrisa yalan danışmır. Amma istənilən halda, araşdırılmalıdır. Əgər doğrudan da onun dedikləri haqlıdırsa, mən ona axıra qədər dəstək olacağam. Çünki haqqın tərəfindəyəm".
Manevr.az bildirir ki, bu fikirləri ölkə.az-a açıqlamasında məşhur aktrisa, Xalq artisti Afaq Bəşirqızı gənc aktrisa Şəbnəm Cəbrayılovanın ona müraciəti barədə danışarkən səsləndirib. Sənətkar bildirib ki, teatr aləmində bu kimi hadisələrin baş verməsi, sənət adına yaxşı heç nə vəd etmir.
Qeyd edək ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının keçmiş aktrisası direktor İftixar Piriyevi məhkəməyə verəcəyini bildirib. Cəbrayılova hamiləliyinin pozulmasında direktorunu günahkar gördüyünü açıqlayıb. Qarşı tərəf isə aktrisanın səsləndirdiyi fikirləri təkzib edib. Daha sonra gənc aktrisa mətbuat vasitəsiylə Xalq artisti Afaq Bəşirqızına müraciət edərək ondan kömək istəyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar