Xəbər lenti
Sumqayıt bulvarında uşaq incəsənət məktəbinin konserti keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt bulvarının konsert meydançasında Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbinin kollektivi konsert proqramı ilə çıxış ediblər.
Manevr.az-ın verdiyi xəbərə görə, konsertdə məktəbin şagirdlərdən ibarət xor kollektivinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri dinlənilib, “Ümid” rəqs ansamblının ifasında bir-birindən maraqlı rəqs nömrələri izlənilib.
Konsertdə müəllim və şagirdlər xalq və bəstəkar mahnıları ilə tamaşaçıların zövqünü oxşayıb.
Tədbirdə həmçinin, məktəbin rəsm şöbəsinin şagirdlərinin əl işlərindən ibarət sərgisi nümayiş olunub.
Tədbir tamaşaçılar tərədindən maraqla qarşılanıb.
Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti







Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar