Xəbər lenti
“Sumqayıt-70” layihəsi çərçivəsində rəqs-tamaşa təqdim olunub - ŞƏKİLLƏR

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər N. Nərimanov adına Mədəniyyət Mərkəzində “Dəcəllər” rəqs qrupunun təqdimatında “Naz naz” adlı rəqs gecəsi keçirilib.
Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılının motivləri əsasında xareoqraf Fərhad Dadaşov tərəfindən hazırlanan rəqs-tamaşa Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilib.
Rəqs-tamaşanın mövzusuna görə Naz naz özünə rəqs eləməyə dost axtararaq bütün ölkələri gəzir. Nəhayət, öz rəqs dostunu Azərbaycanda tapır.
Tədbirdə rəqs kollektivinin üzvlərinin ifasında Azərbaycan, ispan, ərəb, Meksika, hind, Çin, rus, özbək rəqsləri təqdim olunub.
Sonda tədbirdə iştirak edən rəqs qrupunun bütün üzvlərinə fəxri fərman və hədiyyələr, balaca fidanlara tədbirdə böyük dəstək olan valideynlərə təşəkkürnamələr təqdim olunub.
Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti





Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar