Xəbər lenti
Sumqayıt şəhər bulvarında konsert keçirilib - ŞƏKİLLƏR

Yay-istirahət mövsümünün başlanması ilə əlaqədar Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə şəhər əhalisinin mədəni-asudə vaxtının səmərəli keçirilməsi məqsədilə mədəniyyət müəssisələrinin konsert proqramlarına start verilib.
Sumqayıt şəhər bulvarının konsert meydançasında təşkil olunan açılış konsertində Sumqayıtın klub müəssisələrinin özfəaliyyət kollektivləri çıxış edib.
Konsertdə C.Cabbarlı adına mədəniyyət evinin “Turan”, “Dostluq” mədəniyyət evinin “Şahinlər” rəqs ansambllarının ifasında rəqs nömrələri izlənilib, “28 may” Diyarşünaslıq evinin, Şəhər Mədəniyyət Evinin, C.Cabbarlı və “Dostluq” mədəniyyət evlərinin, “Gənclik” və 6 saylı şəhər klublarının gənc solistlərinin ifasında bir-birindən maraqlı musiqi nömrələri, xalq və bəstəkar mahnıları dinlənilib.
Konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, konsertlər hər həftənin şənbə və bazar günləri keçiriləcək.
Manevr.az








Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar