Xəbər lenti
Ağdam Dövlət Dram Teatrı yeni tamaşa ərəfəsində!

Teatr bu dəfə öz tamaşaçılarını və teatrsevərləri qurluşçu rejissor Səbuhi Əhmədovun qurluşunda dramaturq Novruz Cəfərovun "MƏN ÖLMƏYƏCƏM" iki hissəli qəmli komediyanın premyerası ilə sevindircəkdir.
29 may tarixində baş tutacaq premyera quruluşçu rejissor Səbuhi Əhmədovun teatrda növbəti yaradıcı işlərindən biridir. Səhnə əsərinə yeni səhnə həyatı gətirən gənc rejissor tamaşanın daha uğurlu olacağına çox əmindir.Qaçqın həyatı yaşayan, bununla belə öz yaradıcılıq gücünü özündə qoruyub saxlayan Ağdam Dövlət Dram Teatrı bu tamaşa ilə yenə də daha yeni uğurlu bir işə imza atacağına inamlıdır.
Tamaşanın quruluşçu rəssamı E. Balakişiyev, musiqi tərtibatçısı İ. Saatov, rejissor assistenti C. Yusifovdur.
Tamaşada Teatrın aparıcı və gənc aktyorları - əməkdar artist F. Yusifova, N. Ələkbərov, X. Xudadatova, Q. Abdullazadə, E. Mürşüdov, E. Cavadov və F. Fərhadzadə iştirak edirlər.
Uğurlar diləyirik!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar