Xəbər lenti
Azərbaycanlı rəssam İstanbulda rəsm müsabiqəsinin qalibi oldu
İstanbulun Ümraniyə Bələdiyyəsi tərəfindən 15-ci dəfədir təşkil olunan rəsm yarışının qalibi azərbaycanlı gənc rəssam Elçin Mustafayev olub.
Manevr.az report-a istinadən xəbər verir ki, "Yaşlılarımız" mövzusu ilə keçirilən rəsm yarışında 160 rəssamın əsərləri yağlı boya ilə çəkilmiş mübarizə aparıb. Ümraniyə bələdiyyəsinin rəhbəri Hasan Can yarışmada birincilik qazanan həmyerlimiz Elçin Mustafayevi diplomla mükafatlandırıb. Gənc rəssamın əsərini çox bəyəndiyini dilə gətirən bələdiyyə rəhbəri ona uğurlar diləyib.
E.Mustafayev "Report"a açıqlamasında bildirib ki, çəkdiyi rəsmlə günümüzün ən böyük problemini gündəmə gətirməyə çalışıb: "Metroda ayaq üstündə dayanan qocanın rəsmini çəkdim. Biz bu mənzərə ilə hər gün qarşılaşırıq. Xüsusilə İstanbulda gənclər metro stansiyalarında yaşlı insanlara əyləşmək üçün yer vermirlər. Düşünürəm ki, məsələni rəsmlərimizə daşıyaraq gənclərə mesaj verməliyik".
Qeyd edək ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu olan E.Mustafayev Türkiyənin Səlcuq Universitetində magisturatura təhsili alıb. O, hazırda İstanbulda, "Minyatür Art”da tarixi əsərlərin miniatür olaraq hazırlanması və boyanılması emalatxanasının baş rəssamıdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar