Xəbər lenti
Kitabxanaçılar Çingiz Abdullayevin “Torjestvo xama” kitabının təqdimatında
Bu gün, mayın 23-də “Azərkitab” Kitab Təbliğatı Mərkəzində Xalq yazıçısı Çingiz Abdullayevin “Torjestvo xama” kitabının təqdimatı keçirildi. Təqdimatda M.Ş. Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının əməkdaşları və fəal oxucuları da iştirak etdilər.
Xalq yazıçısı Ç.Abdullayev bildirdi ki, onun növbəti kitabı janrına görə – siyasi detektivdir. Görüşdə rastlaşdığı maraqlı hadisələrdən, iştirakçısı olduğu əhvalatlardan danışan Çingiz Abdullayev bildirdi ki, qızı kiçik yaşlarında atasına verdiyi: ”Dronqo kimdir?” sualına – “Bax gör kimə bənzəyir? Dronqo mənəm”, – deyə cavab verdiyini də söylədi.
Oxucuların suallarını cavablandıran Xalq yazıçısı bildirdi ki, o, mütaliəni vacib sayır, Amerika yazıçısı Rey Bredberi çox sevir. Yazıçı, eyni zamanda vurğuladı ki, Heminquey, Remark, Şekspir, Dostoyevski. Ayzek Azimov və Con Uindomun əsərlərini də maraqla oxuyur.
Azərbaycan yazıçılarından isə Anarın, Natiq Rəsulzadənin kitablarından təsirləndiyini bildirən Çingiz Abdullayev peşəkar yazıçı olmağın sirrinin 98%-i zəhmət, 1%-i Allahın verdiyi istedad, 1%-i isə şans olduğunu söylədi. O qeyd etdi ki, şans hər adama nəsib olmur. Bu yolu seçən adam ilk növbədə özünə inanmalıdır, ikincisi isə çox oxumalı, dünyanı öyrənməlidir. Xalq yazıçısı gənc oxuculara valdeynlərini sevməyi də tövsiyə etdi.
M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının şöbə müdiri Yeganə Qafarova çıxışında bildirdi ki, kitabxananın oxucuları arasında aparılan sorğuların nəticəsinə görə ən çox oxunan müəllif Çingiz Abdullayev olmuşdur.
Çingiz Abdullayev imzaladığı “Soyuqdan dönməyən casuslar” kitabını kitabxanaya bağışladı.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar