Xəbər lenti
Azərbaycanın klassik şairi Abbas Səhhətin 145 illiyinə həsr olumuş tədbir keçirilib

Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində Azərbaycanın klassik şairi Abbas Səhhətin 145 illiyi münasibəti ilə şairin həyat və yaradıcılığına həsr edilmiş sərgi və səhərcik təşkil edilmişdir.
Səhərcikdə şəhər 2 saylı tam orta məktəbin 2-ci və 4-cü sinif şagirdləri iştirak etmişdir. Tədbiri giriş sözü ilə MKS-in direktor müavini Təranə Məmmədova açmışdır. O şairi həyat və yaradıcılığı haqqıda geiş məlumat verərək bildirmişdirki, Abbas Əliabbas oğlu Mehdizadə (Abbas Səhhət) 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya göz açıb. 1900-cü ildə Tehran Universitetinin tibb fakültəsini bitirib. Rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən gənc Abbas 1901-ci ildə Şamaxıya qayıdıb və həkimlik etməklə yanaşı məktəblərdə Azərbaycan dilindən dərs deməyə başlayıb.
Tədbir boyunca uşaqlar şeirlər söyləmiş, səhnəciklər göstərmişlər.
Tədbirin sonunda şairin şerlərinə bəstələnmiş "Cücələrim", "Quşlar" və s.uşaq mahnıları ifa olunmuşdur.







Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar