Xəbər lenti
Sabirabadda Dünya Mədəni Müxtəliflik Günü qeyd olundu - ŞƏKİL
Hər il mayın 21-də Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü qeyd olunur. 2002-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən Dünya Mədəniyyətinin İnkişafı Gününü əvəzləyən Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü elan edilmişdir. Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü ilk dəfə 2003-cü il mayın 21-də keçirilmişdir.
Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Gününün əsas məqsədi insanlara mədəni müxtəlifliyin əhəmiyyətini və dəyərini dərindən dərk etməyə imkan vermək və dünya xalqları arasında əməkdaşlığı inkişaf etdirməyi öyrənməkdir.
Bumünasibətlə Sabirabad Regional Mədəniyyət İdarəsi və Sabirabad Regional Asan Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə ekskursiya təşkil olunmuşdur.Ekskursiya zamanı Asan Xidmət könüllülər qrupu Sabirabad rayon Tarix-diyarşünaslıq muzeyini, Mərkəzi kitabxananı və Sabirabad rayon Mədəniyyət Mərkəzini ziyarət etmişlər. Könüllülər muzeydəki tarixi-bədii eksponatlarla yaxından tanış olmuş, muzeyin iş prinsipi, fəaliyyəti barədə geniş məlumat almışlar. Daha sonra könüllülər Sabirabad rayon Mərkəzi Kitabxanasının oxu zalında və digər şöbələrində olmuş, kitabxananın fəaliyyəti ilə bağlı müəyyən biliklərə yiyələnmişlər. Könüllülər Mədəniyyət Mərkəzinin tamaşa və konfrans zalında da olaraq onları maraqlandıran suallara cavab tapmışlar. Sonda könüllülər xatirə şəkli çəkdirmiş, ekskursiyadan məmnunluq bildirmişlər
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar