Xəbər lenti
Şirvan şəhər Heydər Əliyev Mərkəzində 18 may – Beynəlxalq Muzeylər günü münasibəti ilə konsert keçirilib

18 may – Beynəlxalq muzeylər günü ilə bağlı Şirvan şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirildi. Tədbirdə Uşaq musiqi məktəbi konsert proqramı ilə çıxış etdi.
İlk olaraq Heydər Əliyev Mərkəzinin əməkdaşı Səkinə Qayıbova "Muzeylər günü" ilə əlaqədar məlumat verdi. Bildirdi ki, 1977-ci ildən hər ilin may ayının 18-də dünyanın mədəni ictimaiyyəti Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə Beynəlxalq Muzeylər Gününü qeyd edir. 1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd olunur. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan çox böyük iş aparılır. Həmin gün bütün muzeylərimizdə bu peşə bayramı qeyd edilir. Həmin gün saat 22-00-a qədər muzeylərdə bayram şəklində müxtəlif tədbir və sərgilərin keçirilməsi bir ənənə halını alıb. Ölkəmizin digər muzeyləri kimi, Heydər Əliyev Mərkəzində də bu gün müxtəlif mövzulara həsr olunmuş sərgilər keçirir, bayram şənlikləri təşkil edir.
Sabirabad Regional Mədəniyyət
idarəsinin mətbuat xidməti

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar