Xəbər lenti
Abşeronun 11 illik musiqi məktəbi Gürcüstanda konsert proqramı ilə çıxış edib - ŞƏKİLLƏR
Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbi ilə Gürcüstan Respublikası musiqi məktəbləri birgə konsert proqramı təqdim ediblər
Sumqayıt Regional Mədəniyyət İdarəsi Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbi və Gürcüstan Respublikası Kutaisi, Qori, Zestafoni şəhər musiqi məktəblərinin kollektivləri Beynəlxalq əməkdaşlıq çərçivəsində “Qardaşlaşmış məktəblər” layihəsi əsasında, Abşeron rayon mədəniyyət mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə birgə konsert proqramı ilə çıxış ediblər.
Tədbirdən öncə məktəbin direktoru əməkdar müəllim İkram Manafov və Gürcüstan Respublikası incəsənət ittifaqının üzvü Maka Trapaidze çıxış edərək, Xırdalan şəhər 11 illik musiqi məktəbinin Gürcüstanın Tbilisi, Marneuli, Bolnisi, Rustavi, Qardabani, Xaşuri, Kutaisi şəhərlərində fəaliyyət göstərən musiqi məktəbləri və mədəniyyət mərkəzləri ilə sıx əlaqələrindən danışaraq bu gün onların sırasına əlavə olunan Qori və Zestafoni şəhərlərindəki musiqi məktəbləri ilə yeni əlaqələrin yarandığını qeyd ediblər. Bu əlaqələrin vacibliyini, uğurla davam etdiyini və getdikcə daha da möhkəmlənəcəyini diqqətə çatdırıblar.
Sonra maraqlı konsert proqramı təqdim olunub. Konsertdə Azərbaycan, Gürcüstan, Qərbi Avropa bəstəkarlarının əsərləri, xalq mahnıları və muğamlarımız ifa olunub. Hər iki ölkənin xalq çalğı alətləri orkestrinin, xor və rəqs kollektivlərinin, fortepiano, xanəndəlik sinfi şagirdlərinin ifaları dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Səfər çərçivəsində gürcüstanlı qonaqlar Xırdalan şəhər 11 illik musiqi məktəbində olub, məktəbdə yaradılan şəraitlə yaxından tanış olub, dərs proseslərini izləyiblər.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar