Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Masallıda - ŞƏKİLLƏR

Tarix: 05-05-2019 14:52     Baxış: 2629 A- / A+
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Masallıda

Ənənəvi mədəniyyət bayramı – “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı mayın 3-də işini Azərbaycanın səfalı və füsunkar guşələrindən olan Masallı rayonunda davam etdirib.

Festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, bir neçə ölkənin Azərbaycandakı səfirliyinin təmsilçiləri və rayon sakinləri iştirak ediblər.

Festival ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunan yürüşlə başlayıb. Bayraq Meydanı və Dövlət Rəmzləri Muzeyindən start götürən yürüş “ASAN xidmət” Mərkəzinin qarşısında başa çatıb.

Sonra Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının sərgi çadırları “ASAN xidmət” Mərkəzinin qarşısında qurulub.

Sərgidə metalişləmə sənətinin fərqli texnika və üsulları ilə hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələr, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq və s. sənət növlərinə aid yaradıcılıq nümunələri sərgilənib. Sərgi çərçivəsində “ABAD” Mərkəzi də sənətkarlıq nümunələrini nümayiş etdirib.

Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq nümunələri ilə qonaqların diqqətini cəlb edib.

2019-cu ilin ölkəmizdə “Nəsimi İli” elan edilməsi ilə əlaqədar festivalda yerli şair və yazıçıların, publisistlərin əsərlərindən ibarət kitab guşəsi də qurulub.

Yaradıcılıq Festivalının bədii hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, o cümlədən Masallının “Halay” folklor kollektivinin bir-birindən maraqlı rəqs nümunələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirdə, həmçinin qonaqlara cənub kulinariyasının ləziz təamları təqdim olunub.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb, bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı keçirilir. Festivalın mayın sonunda başa çatdırılması planlaşdırılır.

Manevr.az

Xəbəri paylaş

Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Portalımızı dəyərləndirin.

Çox oxunanlar