Xəbər lenti
Sumqayıtda musiqi və incəsənət məktəblərində yubiley tədbirləri keçirilib - ŞƏKİLLƏR
Sumqayıt şəhər Q.Qarayev adına uşaq musiqi məktəbində görkəmıi xanəndələr Seyid Şuşinskinin 130, Hacıbaba Hüseynovun 100 illik yubileylərinə həsr olunmuş konsert keçirilib. Konsertdə məktəbin şagirlərinin ifasında Seyid Şuşinski və Hacıbaba Hüseynovun repertuarından mahnı və təsniflər dinlənilib. Sonda S.Vurğun adına Mərkəzi kitabxananın incəsənət şöbəsinin tərtib etdikləri sərgi haqqında məlumat verilib. Sərgidə yubilyarlara həsr olunmuş ədəbiyyatlar nümaiş olunub.
S.Rüstəmov adına uşaq incəsənət məktəbində Azərbaycan bəstəkarlarinin əsərlərindən ibarət konsert keçirilib. Konsertdə II sinif şagirdi Dürdanə Mürsəliyevanın ifasında M.Əhmədovun "Etüd", III sinif şagirdi Şəmsiyyə İsgəndərlinin ifasında A.Zeynallının " Qoyunlar", VI sinif şagirdi Məryəm Cəfərovanın ifasında Ə.Əzizovun "Prelyudiya", VI sinif şagirdi Nuray Məmmədovanın ifasında S.Ələsgərovun "Rəqs-tokkata", VII sinif şagirdi Aytac Əsgərovanın ifasında Z.Bağırovun "Düşüncə", III sinif şagirdi Nur İbrahimlinin ifasında O.Rəcəbovun "Şən əhval", III sinif şagirdi Seyran Haşımzadənin ifasında İ.Hacıbəyovun " Balaca dəcəl " və s. əsərlər dinlənilib.
Şuşa Xəlfəli kənd Usaq musiqi məktəbində "Azərbaycan bəstəkarlarının yaradıcılığında xor və fortepiano musiqisi" adlı "Mühazirə-Konsert" keçirilib. Konsertdə məktəbin xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni, R.Hacıyevin "Azərbaycanım" mahnısı dinlənilib. Sonra Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələri Ü.Hacıbəyov, A.Zeynallı, F.Əmirov, T.Quliyev, A.Məlikov, E.Nəzirova, R.Hacıyevin yaradıcılığı haqqında məlumat verilib. Daha sonra sagirdlərin ifasında T.Quliyevin "Rəqs", F.Əmirovun "Aşıqsayağı", A.Məlikovun "Prelüd", T.Quliyevin "Lay-lay", A.Zeynallının "Deyişmə", "Çahargah", E.Nəzirovanın "Prelüd" №3 əsərləri dinlənilib.
Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbində Seyid Şuşinskinin 130 və Hacıbaba Hüseynovun 100 illik yübileylərinə həsr edilmiş « Muğam gecəsi» keçirilib. Gecədə məktəbin xanəndə sinfinin şagirləri Cəsur Təhməzli, Hacı Qəhrəmanov, Günay Hüseynova, Fidan Süleymanlı muğam ustalarının repertuarlarından nümunələr ifa ediblər. Müəllimlərdən Natəvan Hüseynovanın ifasında Mahur təsnifi, «Evlərinin dalı mərmər qayalar», Lalə Allahverdiyevanın ifasında Hacıbaba Hüseynovun «Muğamat var olan yerdə» qəzəli və s. dinlənilib.
Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar