Xəbər lenti
İmadəddin Nəsimi-650 -ŞƏKİLLƏR

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli sərəncamına əsasən böyük, folklor şair İmadəddin Nəsiminin 650 illik yubileyi həm ölkə daxilində, həm də ölkədən kənarda keçirilir.
Manevr.az xəbər verir ki, növbəti tədbir Kəlbəcər rayonu 23-saylı tam orta məktəbdə keçirildi. Tədbirə Azərbaycan Respublikasının Dövlət himni ilə start verildi. Sonra Nəsimi haqqında geniş məlumat verildi. Ardından "Nəsimi Dünyasına Səyahət" adlı filmə baxıldı. Filmdən sonra Kəlbəcər rayonu 23-saylı tam orta məktəbin şagirdlərinin ifasında bədii hissəyə baxıldı. Bədii hissədə Nəsiminin qəzəlləri səsləndirildi və kiçik həcmli səhnələr göstərildi. Tədbirdə iştirak edən qonaqlar Nəsiminin yaradıcılığından və keçdiyi əzablı yollardan bəhs etdi. Kəlbəcər rayonu 23-saylı tam orta məktəbin direktoru Həqiqət xanım Şükürova çıxışında bu tədbirdə əziyyəti və əməyi olanlara öz təşəkkürünü bildirdi. Tədbirdə Dünya qəzetinin baş redaktoru Füzuli Ramazanoğlu, Kəlbəcər rayonu Təhsil şöbəsinin və Təhsil Naziriliyinin nümayəndələri iştirak etdilər.
Sonda xatirə şəkilləri çəkildi









Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar