Xəbər lenti
“Sazın məcnunu Azər” adlı möhtəşəm tədbir keçirilib
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında ünlü solo-saz ifaçısı Azər Xanlaroğlunun anım gecəsi keçirilib.
“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİB) ilə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİYİB) növbəti ortaq mədəniyyət layihəsi olaraq keçirilən və “Sazın məcnunu Azər” adlanan tədbirdə millət vəkilləri, QHT, KİV təmsilçiləri, alimlər, Azərin sənət dostları, doğmaları, saz-söz vurğunları və b. iştirak edib. Bu, yeni nəsil sənətçiləri arasında özünəməxsus yeri olmuş,mərhumAzər Xanlaroğlunun bu il 27 apreldə növbəti doğum günü tamam olur. İlk dəfə Azərin özü aramızda olmadan keçirilən adgünü ərəfəsində baş tutan tədbir sənətsevərlərin sənətçiyə vəfa borcudur. Gecənin aparıcısı Çiçək Mahmudqızı qeyd edib ki,nakam sənətçinin adına düzənlənən sənət gecəsində Azərin sənət yoluna işıq salınması,onun həyatına, sənət yoluna işıq salan filmin nümayişi, Azərin repertuarından ən seçmə ifaların səsləndirilməsi,habelə Azərin sənət dostlarının canlı ifaları “Sazın məcnunu Azər” gecəsini günümüzün yaddaqalan mədəni tədbirlərindən birinə çevirib.O, gecənin təşkilatçısı olan ictimai birliklərin ortaq mədəni layihə həyata keçirməsini, bu layihəni bir nakam yeni nəsil sənətçisinə həsr etməsi təqdirəlayiq haldır. ABAİB prezidenti, Millət vəkili Qənirə Paşayeva vurğulayıb ki, “klassik aşıq havalarında da, öz gülləri, xalları ilə fərqli ifalar edən Azər, həm klassik irsə sayğısı, həm o irsə nə qədər vaqif olması, həm də sənətin yeni imkanlara malik olmasını göstərməsi ilə seçilib. Azər sənətinin aşiqi idi və bu aşiqlik yalnız aşiqlikdə qalmırdı, o sənətini idrak edirdi. Sənətçinin aşiqlik və idrak prosesini bir arada təcalla etdirə bilməsi çox vacib məqamdır. Azər məhz belə məqamlarla diqqəti cəlb edir, şöhrətlənirdi”. Təəsüf ki, biz artıq keçmiş zamanda danışırıq. Təəssüf ki, sənətinin vurğunu olan Azər, öz sağlamlığına da vurğun olmadı, özünü qorumadı… Ancaq nə etmək olar? Bugün təsəllimiz Azərlə etdiyimiz söhbətlər, onunla görüşlərimiz və əlbəttə, onun yaddaqalan ifalarıdır. Sənətçi həm şəxsiyyəti həm də, sənəti ilə yad edilincə dah gözəl olur. Azərin ruhu şad olsun ki, bu gözəlliyi bizə bəxş edib. Aşıq Alı deyirdi: “Ölüm haqdır, çıxmaq olmaz ömürdən”. – Azər atasını erkən itirmişdi. Tanrıdan arzu-niyaz edirik ki, bu gedişat son bulsun və heç bir doğmamız erkən ölümlərlə sarsılmasın.Azər atasının sazını yiyəsiz qoymadı, tazanəsini təzələdi, atasının qızıl fonda düşən ifalarını da cəsarətlə ifa etdi və “usta oğlundan şagird olmaz” kəlamını bir daha təsdiqlədi. Ruhu şad olsun!”Sözünün davamında gecənin aparıcısı və Azərlə bağlı filmin ssenari müəllifi Çiçək Mahmudqızına, tədbirin hazırlanmasında əməyi keçən könül dostlarına təşəkkür edən xanım deputat, tədbir iştirakçılarına, mərhum sənətçinin ailə üzvlərinə öz ehtiramını bildirib. Sonra Yunus Əmrə İnstitutu Bakı Türk Kültür Mərkəzinin müdiri dos.dr.Cihan Özdəmir, folklorşünas-alim Elxan Məmmədli,Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” qəzetinin baş redaktoru Musa Nəbioğlu,RHİYİBsədri Arzu Bağırova çıxış edərək,aşıq sənətinin dünəni-bugünü və gələcəyi, bu bağlamada, Azərbaycanda aşıqlıq sənətinin çağdaş durumu və Azər Xanlaroğlunun sənət məziyyətləri ilə bağlı fikirlərini bölüşüb. Gecənin musiqili qonaqları – aşıqlar: Şəhriyar Qaraxanlı,Zülfiyyə Aşıqlı, Bala Xanlar (Eyvaz Təbrizli), Səyyad Aydınoğlu, Elməddin Məmmədli, Fəzail Miskinli,Şəhriyar Şahverdiyev, xanəndə Zemfira İbrahimova öz ifaları ilə gecəyə rəng qatıb, tamaşaçıların alqışını alıb. Sonda ailə adından Azərin bacısı oğlu Süleyman çıxış edib, təşkilatçılara, tədbir iştirakçılarına təşəkkür edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar