Xəbər lenti
Hüseyn Cavidin "İblis" pyesi İstanbulda...
İstanbul Böyükşəhər Bələdiyyəsinin şəhər teatrında Əməkdar incəsənət xadimi, aktrisa Məlahət Abbasovanın görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin "İblis" pyesi əsasında quruluş verdiyi eyniadlı tamaşanın təqdimatı olub.
Manevr.az report-a istinadən xəbər verir ki, tamaşanın ilk təqdimatında mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, tamaşanın baş məsləhətçisi, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, hər iki ölkədən tanınmış ictimai xadimlər, sənət adamları iştirak ediblər.
Türkiyənin tanınmış aktyorları – Rıdvan Çələbi, Arifi Gənc, Əmrə Narcı, Nurseli Tırışkan və Şənay Bağın da yer aldığı tamaşada İstanbul şəhər teatrlarında ilk dəfə olaraq texnologiyanın yeniliklərindən istifadə olunub. "Maping” 3D işıq cihazlarının, səs effektlərinin tətbiq olunduğu tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. İstanbulun teatr səhnələri üçün ilk olan, kino effekti ilə seçilən bu qurğunun tamaşaya xüsusi görkəm verib.
Onu da qeyd edək ki, “İblis” tamaşasının yaradıcı heyəti, İstanbuldan sonra Bakıda, sənətsevərlərin görüşünə gələcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar