Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Şəhid Əbdülməcid Axundovun anım günü keçirilib - SUMQAYITDA/ŞƏKİLLƏR

Tarix: 09-04-2019 19:54     Baxış: 3683 A- / A+
Şəhid Əbdülməcid Axundovun anım günü keçirilib - SUMQAYITDA/ŞƏKİLLƏR

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, MİHİ Sumqayıt şəhər Komitəsinin dəstəyi, Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olan manqa komandiri Əbdülməcid Axundovun anım günü keçirilib.

Manevr.az-ın verdiyi xəbərə görə, əvvəlcə tədbir iştirakçıları şəhidin fotolarından ibarət sərgi ilə yaxından tanış olublar.

Sonra şəhidin anası Ceyran Axundova çıxış edib, oğlu ilə bağlı xatirələrini bölüşüb, tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

“Mən səninləyəm Ana Vətən” bədii- sənədli filminin yaradıcı heyəti də çıxış edərək çəkiliş prosesi haqqında danışıblar.

Daha sonra “Mən səninləyəm Ana Vətən” bədii- sənədli filmi nümayiş olunub.

Qeyd edək ki, Əbdülməcid Axundova həsr olunmuş filmin Sumqayıtda və Bakıda təqdimat mərasimi keçirilib.

Filmin ideya müəllifi Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürov, prodüsseri Xəqani Haşımov, quruluşçu rejissoru Elşən Zeynallıdır. Ekran əsərində ana obrazını şəhidin anası Ceyran Axundova canlandırıb.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti


Şəhid Əbdülməcid Axundovun anım günü keçirilib - SUMQAYITDA/ŞƏKİLLƏR
Şəhid Əbdülməcid Axundovun anım günü keçirilib - SUMQAYITDA/ŞƏKİLLƏR
Şəhid Əbdülməcid Axundovun anım günü keçirilib - SUMQAYITDA/ŞƏKİLLƏR
Şəhid Əbdülməcid Axundovun anım günü keçirilib - SUMQAYITDA/ŞƏKİLLƏR
Şəhid Əbdülməcid Axundovun anım günü keçirilib - SUMQAYITDA/ŞƏKİLLƏR
Şəhid Əbdülməcid Axundovun anım günü keçirilib - SUMQAYITDA/ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar