Xəbər lenti
“Respublika Xalq Teatrları Festivalı”nın keçirilməsi nəzərdə tutulur - ŞƏKİLLƏR
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2019-cu ilin birinci yarısı üçün İş planında cari ilin aprel-may aylarında 3-cü “Respublika Xalq Teatrları Festivalı”nın keçirilməsi təsdiq olunmuşdur. Bununla əlaqədar olaraq Sabirabad rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Adil İsgəndərov adına Xalq Teatrı öz repertuarında yeni tamaşaların səhnələşdirilməsinə dair bir neçə tamaşalar hazırlamışdır.
Sabirabad Regional Mədəniyyət İdarəsinin mətbuat xidmətindən Manevr.az-a verilən xəbərə görə, bu yaxınlarda festivala hazırlıqların başlanılmasını nəzərə alaraq teatrın rejissoru,Azərbaycan Teatr xadimləri ittifaqının üzvü,festivallar laureatı Seyidməmməd Əliyev kollektivlə birgə Şərqin ilk operettası olan və 1909 –cu ildə Azərbaycanın dahi bəstəkarı Ü.Hacıbəyov tərəfindən qələmə alınmış “Ər və arvad” musiqili tamaşasını səhnələşdirmişdir.Operettanın mövzusu Azərbaycan qadınının ailə və cəmiyyətdəki kölə vəziyyətinə etirazı səslənir. Rollarda Nicat Əliyev(Mərcan bəy),Mehriban Əliyeva (Minnət xanım),Seyidməmməd Əliyev (Kərbəlayi Qubad),Vəfadar Cəfərov (Səfi), Güldərən Azayeva (Gülpəri), kütləvi rollarda Röyalə Ağazadə,Sona Əliyeva,Sezar Mahmudzadə,Nazim İsgəndərov,Aqil Babayev iştirak edirlər. Musiqilərin yazılmasında Üzeyir Hacıbəyov adına Ü.Hacıbəyov adına Uşaq Musiqi məktəbinin müəllimləri köməklik etmişdilər.Tamaşanın rejissoru Seyidməmməd Əliyev,rəssamı Fərhad Əliyev,qrim ustası Esmira Zeynalovadır. Hazırlanan bu tamaşa 02 Aprel 2019-cu il tarixində Kürdəmir rayon Mədəniyyət Mərkəzində keçiriləcək olan teatr festivalında göstəriləcəkdir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar