Xəbər lenti
31 Mart Azərbaycanlıların Soyqırımı Gününə tədbir həsr olundu

Bu gün, martın 28-də Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin Mərkəzi Kitabxanasında 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir təşkil olundu.Tədbirdə Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının müəllimləri Pərvanə Talıbova, Rəfiqə Əhmədova, Yasamal rayon 53 №-li tam orta məktəbin müəllim və şagirdləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova açaraq keçən əsrin ikinci onilliyində ermənilərin Bakıda, Qubada, Şamaxıda, Qarabağda, Naxçivanda azərbaycanlılara qarşı törətdikləri qətliam haqqında geniş məlumat verdi, ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün elan edilməsinin vurğuladı.
Yasamal rayon 53 №-li tam orta məktəbin şagirdləri Leyla Hüseynova, Lamiyə Dadaşova, Jalə Nəsirovanın ifasında 31 Mart Soyqırımına həsr olunmuş şeirlər səsləndi.
Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdləri Məlahət Kazımova, Eldar Kazımov, Məlik Əliyev, Mariya Quliyeva, Mirrəvan Həssənli və Məmmədhəsən Məmmədovun ifasında soyqırıma həsr olunmuş səhnəciklər nümayiş olundu, səhnə danışığı müəlliməsi, qiraətçi Pərvanə Talıbovanın ifasında soyqırıma həsr olunmuş şeir səsləndi.
Soyqırım qurbanları və bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.



Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar