Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Təhminə” ilə “Spartak”ın illər sonra - AÇILAN SİRRİ

Tarix: 23-11-2016 10:42     Baxış: 5587 A- / A+
“Təhminə” ilə “Spartak”ın illər sonra



Manevr.az xəbər verir ki, dünən Nizami kinoteatrında baş tutan “Türk Filmləri Həftəsi”nin qala gecəsində gözlənilməz və hər kəsə xoş olan hadisə baş verib. Qala gecəsi üçün Azərbaycana təşrif buyurmuş Türkiyəli aktyorlar arasında Azərbaycan tamaşaçısının “Təhminə” kimi tanıyıb sevdiyi Türk aktrisa Meral Konrat da yer alıb. Gecənin ən xoş anı isə “Təhminə” ilə filmdəki tərəfmüqabili “Spartak”ın qəfil görüşməsi olub.

“Spartak”, yəni sevimli aktyorumuz Füzuli Hüseynov anidən jurnalistlərin suallarını cavablandıran Meral xanımın qarşısına çıxıb. Hər kəs bu xoş səhnəni “Spartakla Təhminə illərdən sonra yenidən bir arada” deyə qarşılayıb.

Ancaq sən demə gerçək heç də biz düşündüyümüz kimi deyilmiş. Əslində “Təhminə” ilə “Spartak” həyatda canlı olaraq heç vaxt qarşılaşmayıblarmış. Aktyorlar illər öncə xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı əsasında çəkildikləri “Təhminə" filminin çəkilişləri zamanı bir dəfə olsun belə bir-birlərini görməyiblər. Tanışlıqları isə film çəkiləndən uzun illər sonra, 2-3 il bundan öncə baş tutub.

Bu sirri tədbirdə ilk dəfə aktyor Füzuli Hüseynov aktrisa Meral Konrat ilə görüşündə jurnalistlərə açıb:

“Biz Meral xanımla maşınla getdiyimiz an var, Zaur maşındakının Təhminə olduğunu sanır və arxasınca gəlir. Həmin yerdə iki maşının arasından qatar keçir və qatar keçdikdən sonra artıq maşın yox olur. Həmin vaxt mənim sürdüyüm maşında Təhminə yox idi, maşındakı Meral xanımın dublyoruydu. Bilmirəm, o zaman rejissor nəyə görə belə düşünmüşdü. Və illər sonra bu sirri sizə açdım. Meral xanımı biz çox sevirik, Azərbaycana xoş gəlib, hər zaman onu gözləyirik, sevirik”.

Daha sonra aktrisa Meral Konrat Füzuli Hüseynovun dediklərini təsdiqləyib:

“Füzulinin dediyi kimi, “Təhminə” filminin çəkilişləri zamanı Spartakla heç qarşılaşmadıq, ümumiyyətlə “Spartak”dan xəbərim olmadı. Tanışlığımız bir neçə il öncə baş tutub, bir televiziya proqramında qonaq olmuşduq və o zaman tanış olmuşduq. Daha sonra feysbukda - falan bəzi söhbətlərimiz oldu”.


Aktrisa daha sonra Moderator.az-ın “İndi film təklifi gələrsə, tərəfmüqabili kimi “Spartakı” yoxsa “Zauru” seçərsiniz?” sualını da cavblandırıb:

“İndi mənə belə çətin suallar verməyin. Mən ikisini də seçərdim, çünki ikisi də çox dəyərli oyunçulardır. Mənim üçün çox önəmlidirlər, çox dəyərlidirlər, ikisi də mənim oynadığım filmdə olsun”.

Jurnalistlərin suallarını cavablandıran Meral Konrat “Filmin çəkilişi zamanı daha çox hansı hadisələr yadınızda qalıb?” sualına da cavab verib: “Filmin çəkilişlərinin hər dəqiqəsi mənimçün önəmlidir, hər saniyəsi bir xatirədir, anlatmağa çalışsam buna zaman yetməz.”

““Təhminə” filminin davamı çəkilə bilərmi?” sualını isə aktrisa “Bu bir sirdir” - deyə cavablandırıb.

Sonda qeyd edək ki, “Türk Filmləri Həftəsi” 27 noyabr tarixinədək davam edəcək. Həftə çərçivəsində bir-birindən maraqlı Türk filmləri Azərbaycan tamaşaçılarına təqdim olunacaq.(Moderator.az)

Rumiyyə

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar