Xəbər lenti
Şəhidlər unudulmur

Yazıçı-publisist, şairə Gülarə Munisin “Emin, sən ölməmisən!” kitabının təqdimatı keçirildi
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Buzovna qəsəbə Mədəniyyət evində Ağdam uğrunda döyüşlərdə şəhid olmuş Emin Əliyevin döyüş yolu, şəhidlik zirvəsinə ucalması haqqında “Emin, sən ölməmisən!” kitabın təqdimatı təşkil olundu.
Təqdimatı giriş sözü ilə 11-ci sinif şagirdi Aidə Kərimova açdı. Tədbirdə Buzovna qəsəbəsinin axundu Hacı Soltan Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri Arif Buzovnalı, “Dədə Qorqud” Milli Fondu və “Azərbaycan dünyası” jurnalının baş redaktoru Eldar İsmayılov, “Milli dəyərlərin qorunması” İctimai Birliyinin sədri Dilarə Nağıyeva-Muxtarova, Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova, Azərbaycan Milli Tariz Muzeyinin aparıcı elmi işçisi Nardanə Yusifova, uşaq yazıçısı Gülzar İbrahimova, Xəzər rayon 234 №-li tam orta məktəbin direktoru Könül Məmmədli, şəhid Emin Əliyevin anası İbadət Əliyeva və başqaları çıxış etdilər.
Kitabın müəllifi Gülarə Munis Emin Əliyevin döyüş yoluna, göstərdiyi igidliyinə həsr olunmuş şeirlər oxudu və qeyd etdi ki, torpaqlarımız işğaldan azad olandan sonra zəfər barədə çoxlu kitablar yazılacaq.
Konsert proqramında Gülarə Munisin sözlərinə yazılmış qəzəllər ifa olundu, şagirdlər şeirlər söylədilər.




Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar