Xəbər lenti
“Xocalıya ədalət” kampaniyası oxucular tərəfindən bir daha dəstəkləndi
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Xocalı soyqırımının 27-ci ildönümü qeyd olundu.
Bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova açdı və qeyd etdi ki, Xocalı faciəsi tariximizin qanlı səhifəsidir. Xocalıda 613 nəfər insan vəhşicəsinə öldürülmüş, onlardan 56 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmiş, 150 nəfər itkin düşmüşdür. Qarabağın ən qədim yaşayış məskəni olan Xocalıda baş verən faciə XX əsrin dəhşətli faciələrindən biridir. O, Yasamal rayonunun şəhidlərinin və Qarabağ müharibəsi iştirakçılarının cəbhədən gələn məktublarının kitabxanada toplanması barədə təklif irəli sürdü.
Tədbirdə AMEA-nın böyük elmi işçisi Hacı Tofiq Seyidzadə çıxış edərək bildirmişdir ki, Qarabağ müharibəsində Vətənimizin igid oğulları mərdliklə, dəyanətlə vuruşmuş və vurğuladı ki, bu soyqırım əvvəlcədən hazırlanmışdır.
Qarabağ müharibəsində iştirak etmiş ilk döyüşçü qadın, polis mayoru Aidə Şirinova Vətənimizin igid oğullarından söhbət açdı və Əlif Hacıyev haqqında xatirələri ilə bölüşdü.
Şəhid anası Rəfiqə Əsgərova Xocalını “şəhid-şəhər” adlandırdı. Şəhid ailələrinə göstərildiyi diqqətə görə o, dövlət başçısına öz minnətdarlığını bildirdi.
Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək Cəmiyyətinin prezidenti Tofiq Əlizadə erməni vandalizmini sübut edən sənədlər haqqında məlumat verdi və qeyd etdi ki, gənc nəsil tariximizi heç zaman unutmamalıdır.
Tədbirdə Qarabağ ziyalıları adından çıxış edən Mahir Rzayev bildirdi ki, Qarabağ həqiqətləri bütün dünyaya çatdırılmalıdır, işğal altında olan torpaqlarımız azad olunmalıdır.
Xocalı rayonundan olan Ramilə Xudayarova tədbirin vacibliyini vurğuladı və qeyd etdi ki, fevral ayı xocalılar üçün ən ağır aylardan biridir.
O, çıxışında Ulu öndərin Xocalı hadisələrinə dair qətiyyətli mövqe tutmağından danışdı.
Tədbirdə Yasamal rayon 53 №-li tam orta məktəbin şagirdlərinin ifasında Xocalı soyqırımına həsr olunmuş səhnəciklər nümayiş olundu, şeirlər səsləndirildi. Kitabxananın əməkdaşı Səbinə Kərimovanın ifasında “Şəhid anası” şeiri səsləndi.
Tədbir iştirakçıları “Xocalı ədalət” kampaniyasını dəstəkləyərək, onun haqqında sosial şəbəkələrdə məlumatın yayılması haqqında qətnamə qəbul etdilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar