Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Mədəniyyət müəssisələrində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib - ŞƏKİLLƏR

Tarix: 22-02-2019 22:17     Baxış: 3937 A- / A+
Mədəniyyət müəssisələrində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Sumqayıtın Tarixi Muzeyində “Diqqət danışır Xocalı şahidləri” adlı tədbir keçirilib. Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra “Xocalı tarixi yaddaşımızdır” mühazirəsi ilə kiçik elmi işçi Zülfiyyə Fətəliyeva, muzeyin baş mühafizi Namiq Əliyev, 23 saylı orta məktəbin müəllimi Qənbər Hüseynov çıxış edərək belə tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyyəsində önəmli rol oynadığını vurğulayıblar. Daha sonra “Niyə Xocalı” adlı sənədli film nümayiş olunub. Sonda tədbir iştirakçıları muzeyin “Şəhidlər qalereyası” zalında tərtib olunmuş “Xocalı...” sərgisi ilə tanış olublar.

C.Cabbarlı adına Mədəniyyət evinin özfəaliyyət kollektivləri N saylı hərbi hissədə “Yaralı Azərbaycana daşan qan gölü-Xocali!” adlı ədəbi bədii gecə keçirilib. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təmsilçiləri Zəkəriyyə Rəhimov və Fəxrəddin Behbudov çıxış edərək Xocalı soyqrımı haqqında ətraflı məlumat veriblər. Sonra Mədəniyyət evinin aparıcısı Arzu Məmmədovanın ifasında Xocalı Soyqrımına həsr olunmuş şeirlər, solistlər- Təranə Nurlunun ifasında “Vətən oğlu”, Pənah Məmmədlinin ifasında “Torpağın səsi”, “Aynabənd” rok-estrada qrupunun solisti Rüstəm Nağdıyevin ifasında “Ana, mən şəhid oldum” mahnıları dinlənilib, “Turan” milli rəqs qrupunun ifasında nümayiş olunan “Xocalı harayı” kompozisiyası əsgər və zabit heyəti tərəfindən maraqla qarşılanıb.

Nizami Gəncəvi adına Kitabxana Klubda Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya təşkil olunub. Kitabxanaçı Səadət Allahverdiyeva tədbir haqqında oxuculara məlumat və “Xocalı qan yaddaşımız” başlıqlı kitab sərgisi haqqında xülasə verib, kitabxananın oxucusu Aysu Eyvazlı “Xocalı sağalmayan yaramız” mövzusunda məruzə edib. Sonra oxucuların ifasında Sabir Rüstəmxanlının “Xocalıya mərsiyə”, Nüsrət Kəsəmənlinin “Xocalı”, Qəşəm Nəcəfzadənin”Şəhid anası”, İlyas Tapdığın “Ay şəhid”, Zəlimxan Yaqubun”Xocalım ay Xocalım”, “Layla, Xocalım, layla”, Vidadi Babanlının “Haydı igidlərim, haydı”, Rafiq Yusifoğlunun “Xocalı” şeirləri əsasında kompozisiya nümayiş olunub. Sonda Xocalı soyqırımından bəhs olunan videoçarx da nümayiş olunub.

Xətai Sənət Mərkəzində “ŞƏHİD ŞƏHƏR” adlı Respublika Uşaq Rəsm Müsabiqəsinin yekun sərgisi keçirilib. Müsabiqədə 400-ə qədər uşaq 600-ə yaxın işi ilə qatılmış və münsiflər heyəti tərəfindən 115 uşağın 130 işi o cümlədən, əməkdar rəssam Rafayel Muradovun Xocalı faciəsinə həsr olunmuş əsərləri, həmçinin, rəssam Cəlal Ağayevin “Şəhid Şəhər” əsəri Xətai Sənət Mərkəzində keçiriləcək sərgidə ilk dəfə nümayiş olunub. Sərgidə rəsm işləri ilə qatılan Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun rəsm dərnəyinin üzvləri Elmira Əliyeva və Orxan Əzizov diplomla mükafatlandırılıblar. Xatırladaq ki, sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Sumqayıt Regional Mədəniyyət idarəsinin Zəngilan rayon nümayəndəliyi ilə Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Zəngilan kənd klubunda Xocalı faciəsinə həsr olunmuş viktorina keçirilib. Viktorinada Zəngilan rayon ümumtəhsil müəssisələri iştirak edib. Viktorinada "Uğur", "Günəş", "Bərgüşad", "Xocalı", "Qartallar", "Vətən ", "Həkəri", "Cəsurlar","Çinar", "Mübarizlər", "Çağırış", "Əlif Hacıyev adına", "Qızılqaya", "Gələcəyin Səsi", "Zəfər", "Azadlıq", "Məşəl", "Əsgəran", "Odlar Yurdu", "Süsən" komandaları mübarizə aparıb. Viktorinanın nəticələrinə görə 1-ci yerə Çinar, 2-ci yerə Qartal, 3- cü yerə Uğur, 4-cü yerə Zəfər komandası layiq görülüb.

Zəngilan rayon Tarix-Diyarşünaslıq muzeyində anim günü kecirilib, sərgi nümayiş olunub.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti

Xəbəri paylaş

Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu

Portalımızı dəyərləndirin.

Çox oxunanlar