Xəbər lenti
Xocalıya aid tamaşa nümayiş olundu
Bu gün, fevralın 21-də Yasamal rayon MKS-inin X.B.Natəvan adına 4 №-li kitabxana filialının birgə təşkilatçılığı ilə İ. Əbilov adına Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Xocalı” tamaşası nümayiş olundu.
Xəbər verdiyimiz kimi, tamaşa Bakı şəhər Mədəniyyət Baş İdarəsinin, Bakı Uşaq Teatrı nəzdində fəaliyyət göstərən “Günay” Uşaq Teatrının ifasında, Baş İdarənin, Mədəniyyət Mərkəzinin və Yasamal MKS-inin X.B.Natəvan adına 4 №-li kitabxana filialının birgə təşkilatçılığı ilə təqdim edildi.
Tamaşanın müəllifi şair-publisist Zərəngiz Dəmirçi Qayalı, rejissoru. teatrın direktoru və bədii rəhbəri Larisa Tarusova, səhnə tərtibatçısı Günəş Talıblı, ideya müəllifi Aygün Zamanlıdır.
Tamaşadan əvvəl Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri tamaşanın müəllifi, şair-publisist, kitabxana filialının əməkdaşı Zərəngiz Dəmirçi Qayalı açaraq qeyd etdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvəllərinin və 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıya hücum edərək dinc əhaliyə qarşı soyqırım törətdilər. Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu vurğuladı.
Təbrizdən gəlmiş qonaq, “Mişov dağı” toplusunun təsisçisi və baş redaktoru Akşin Ağkəmərli bu soyqırımın artıq bütün dünya ictimaiyyəti tərəfindən tanındığını bildirdi.
Türk ziyalısı İbrahim Yıldırım faciənin Türkiyədə böyük əks-səda doğurduğunu söylədi. Bu soyqırıma ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini deyən natiq ulu öndər Heydər Əliyevin faciə haqqında söylədiyi: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-adi cəza üsulları ilə bəşəriyyət tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir!”- kəlamını xatırlatdı.
Tamaşanın rejissoru Larisa Tarusova “Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyasının hazırda dünyanın bir çox ölkəsində uğurla həyata keçirildiyini bildirdi.
İ.Əbilov adına Mədəniyyət Mərkəzinin direktoru Aida Muradova vurğuladı ki, tamaşanın məqsədi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımını bütün dünya ictimaiyyəti tərəfindən tanınmasına nail olmaqdır.
Tamaşada dinc, firavan həyat sürən, xoşbəxt Xocalı sakinlərinin qəddar erməni cəlladları tərəfindən ağlasığmaz vəhşiliklə qətlə yetirildiyi, on minə yaxın əhalisi olan şəhərin darmadağın edilməsi, yer üzündən silinməsi nümayiş olundu.
Tamaşa böyük maraqla izlənildi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar