Xəbər lenti
Dahi Nəsiminin 650 illik yubileyinə həsr olunmuş stend-sərgi hazırlandı

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” ilə əlaqədar stend-sərgi hazırlandı.
Sərgidə Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2018-ci və 11 yanvar 2019-cu il tarixli sərəncamları, İmadəddin Nəsimi haqqında məlumat yerləşdirilmişdir.
Bundan başqa, fotosərgidə Nəsiminin Bakıdakı heykəlinin açılışında ümummilli lider Heydər Əliyevin arxiv fotosu, 2018-ci il noyabrın 19-da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) böyük şairin büstünün açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və digər rəsmilərin iştirak etdikləri mərasimdən foto, şairin şeirləri, onun kitablarının, məzarının və əlyazmasının, Nəsiminin surəti əks olunmuş xalçanın, şairin 600 illik yubileyi ilə əlaqədar buraxılmış poçt markasının, şairin adını daşıyan gəminin, “Nəsimi” filmindən fraqmentin fotoları da öz əksini tapmışdır.
Manevraz
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar