Xəbər lenti
Musa Yaqub və Sabir Rüstəmxanlı keçi pendiri ilə şərab içdi -ŞƏKİLLƏR
Bir müddətdir səhhətində problem olan Musa Yaqub Xalq şairi Sabir Rüstəmxanlını Bakıdakı evinə qonaq dəvət edib.
Şairlər birgə masa arxasında şərab içiblər.
Bu barədə xalq şairi Sabir Rüstəmxanlı sosial şəbəkədəki hesabında məlumat paylaşıb:
"Bu gün Yardımlıdan geri dönərkən qəfildən görkəmli şairimiz, əziz dostum Musa Yaqubdan zəng gəldi. " Hardasan?" "Yardımlıdan qayıdıram" - dedim. "Mən də Bakıdayam. Görüşək." - dedi. Səsi saglam idi. Axşam evinə getdim. Qarşıma axsaya-axsaya, əli əsalı çıxdı.
Sonuncu görüşümüzdən sonra xeyli dirçəlmişdi. Gülə-gülə" şükür, yaxşısan!, bu Əzrayıl müəllim, bilmir ki, şairləri bu həyatdan qoparmaq o qədər də asan deyil..." - dedim. Üz-üzə oturmuşduq. Gah mənə, gah əlindəki əsaya baxıb "görürsən də bu əsanı, o boyda meşələrim bizə hədiyyəsi..."- deyə gülümsədi. Bu acı bir həqiqətdi. "Deyirsən yəni bit ömür gözəlliyindən yazdığımız o meşələrdən, o çökəlgərdən, o vələslərdən bizə çatan quruca bir budaqdır?" Fikrimi təsdiq edərək əsanı əlində oynada-oynada yenicə doğulan misralarını pıçıldayır...Həmişə olduğu kimi, ölkənin və cəmiyyətin problemləri ilə bağlı narahatlıqlarını paylaşır. Söhbətimizin axırında "bu boyda stajımızı batıra bilmərik" deyib asta-asta mətbəxə keçdi.
Bir azdan Musa: "Sən bir bunun adına bax e!"- deyib " Sevgilim" şərabını masanın üstünə qoydu. Yanında da keçi pendiri... Vəssalam. Hansı görüş və ya hansı restoran bu məclisimizi əvəz edə bilərdi?"unikal
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar