Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

26 ölkə gəzən azərbaycanlı velo-səyahətçinin kitabı təqdim olundu – FOTOLAR

Tarix: 17-02-2019 16:46     Baxış: 2516 A- / A+
26 ölkə gəzən azərbaycanlı velo-səyahətçinin kitabı təqdim olundu – FOTOLAR


“Azərkitab” Evində azərbaycanlı velo-səyahətçi Tural Abbasovun “Mənim dünya səyahətim” adlı (azərbaycan və rus dillərində) kitabının təqdimat və imza günü keçirilib.


Təqdimatda çıxış edən Tural Abbasov səyahətə marağı haqqında danışıb. Bildirib ki, təbiətə bağlılığı onu dünyanı gəzməyə, dünyanın gəzməli-görməli yerlərini canlı olaraq görməyə sövq edib: “1981-ci ildə Bakıda anadan olmuşam. Bakı Dövlət Universitetindən «Beynəlxalq münasibətlər» ixtisası üzrə bakalavr və maqistr dərəcələrim var. 2014-cü ilin sentyabrında ilk velosəyahət təcrübəsi kimi Azərbaycan üzrə 600 kilometrlik yürüş etdim. 2015-ci ilin may ayının sonlarında isə Birləşmiş Millətlər Təşkilatındakı işimi buraxıb, velosipedlə dünya ətrafında dövr etmək arzumu həyata keçirməyə başladım. İki il yarım ərzində 4 qitə və 26 ölkə boyu təqribən 30,000 km qət etdikdən sonra bu dünya veloturunu müvəffəqiyyətlə bitirib evə qayıtdım”.

Tədbirdə iştirak edənlər kitabın çıxması münasibətilə Tural Abbasova təbriklərini çatdıraraq ona yeni səyahətlər və zəngin səyahət təəssüratları arzulayıblar.

Geniş oxucu üçün nəzərdə tutulan kitab müəllifin imzası ilə oxuculara təqdim olunub.

26 ölkə gəzən azərbaycanlı velo-səyahətçinin kitabı təqdim olundu – FOTOLAR
26 ölkə gəzən azərbaycanlı velo-səyahətçinin kitabı təqdim olundu – FOTOLAR
26 ölkə gəzən azərbaycanlı velo-səyahətçinin kitabı təqdim olundu – FOTOLAR
26 ölkə gəzən azərbaycanlı velo-səyahətçinin kitabı təqdim olundu – FOTOLAR
26 ölkə gəzən azərbaycanlı velo-səyahətçinin kitabı təqdim olundu – FOTOLAR
26 ölkə gəzən azərbaycanlı velo-səyahətçinin kitabı təqdim olundu – FOTOLAR
26 ölkə gəzən azərbaycanlı velo-səyahətçinin kitabı təqdim olundu – FOTOLAR
26 ölkə gəzən azərbaycanlı velo-səyahətçinin kitabı təqdim olundu – FOTOLAR


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar