Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya kitabxanalarında Cəfər Cabbarlının120 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş olunacaq

Tarix: 15-02-2019 14:00     Baxış: 2438 A- / A+
 Rusiya kitabxanalarında Cəfər Cabbarlının120 illik yubileyinə həsr olunmuş  videoçarx nümayiş olunacaq


Manevr.az xəbər verir ki, Cəfər Cabbarlının120 illik yubileyinə həsr olunmuş ikidilli videoçarx Rusiya kitabxanalarında nümayiş olunacaq
Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” tədbirlər çərçivəsində növbəti videoçarx hazırlanmışdır. Videoçarx Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr olunub. Videoçarx Cəfər Cabbarlının ”Azad bir quşdum”, “Susmuş bir duyğu” mahnıları ilə müşayiət olunur. Videoçarxda məlumatlar iki dildə (Azərbaycan və rus) verilmişdir.

Burada “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2018 ci il tarixli Sərəncamı, görkəmli ədibin həyat və yaradıcılığı haqqında məlumat, ədibin heykəlləri və s. öz əksini tapmışdır.

İzləyicilər böyük ədibin Bakı şəhərində və Xızı rayonundakı ev-muzeylərinə virtual səyahət edərək eksponatlarla tanış ola bilərlər.

Videoçarx Rusiya Federasiyasının kitabxanalarında Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş tədbirlərdə nümayiş olunacaq.

Layihənin ideya müəllifi Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədovadır. Videoçarx https://www.youtube.com/watch?v=z5bpl6ibjNA&t=29s yerləşdirilmişdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar