Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyaya səs salan "Ayrılıq" mahnısının müəllifi vəfat etdi - VİDEO

Tarix: 09-02-2019 19:13     Baxış: 4445 A- / A+
Dünyaya səs salan "Ayrılıq" mahnısının müəllifi vəfat etdi

"Dünyaya səpələnmiş azərbaycanlıların Vətən həsrətini, bölünmüş millətimizin milli birlik arzusunu yüksək sənət dili ilə ifadə edən məşhur "Ayrılıq" mahnısının mətninin müəllifi, əslən Ərdəbilin Korabas kəndindən olan şair Fərhad İbrahimi dünən Tehranda vəfat edib".
Manevr.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rütəmxanlı feysbukda yazıb.

O bildirib ki, "Ayrılıq" şerinə musiqini Güney Azərbaycanın məşhur tarzəni və bəstəkarı Əli Səlimi yazıb:

"Mahnını ən gözəl ifa edən və dünyaya yayan Yaqub Zurufçudur. "Ayrılıq" milyonlarla soydaşımızı birləşdirən bir könül körpüsüdür və öz müəlliflərini həmişə diri saxlayacaq. Dünya Azərbycanlıları Konqresi adından Fərhad İbrahimin yaxınlarına baş saglığı verir, ona Allahdan rəhmət diləyirəm".

Qeyd edək ki, Fərhad (Rəcəb) İbrahimi "Ayrılıq”, "Açıl Səhər” və "Ağlama” kimi mahnıların sözlərinin müəlifidir. Fərhad İbrahimi, Fatma Qənnadi və Əli Səlimi Azərbaycanlı musiqiçi mərhum Əli Səliminin Fərhad İbrahiminin sözlərinə bəstələdiyi Ayrılıq mahnısını bəstəkarın həyat yoldaşı Fatma Qənnadi ilk dəfə 1958-ci ildə Tehran Radiosunda səsləndirib.

Mahnı 1963-cü ildə Tehrana səfər edən Rəşid Behbudov tərəfindən ifa edildikdən sonra "Ayrılıq”-ın şöhrəti İran və İran Azərbaycanı sərhədlərini aşmağa başlayıb, sadəcə Azərbaycann deyil Türk dünyasının ən məşhur mahnılarından biri kimi tanınır.

Azərbaycan veb səhifələrinin yaydığı məlumata görə, Tehran radiosunda yayımlandan öncə mahnı fərqli sözlərlərlə məşq edilib:
...
İllərdir uzağam arxam elimdən
Bülbüləm düşmüşəm ayrı gülümdən
Zor ilə ayırıb şirin dilimdən
Ayrılıq ayrılıq yaman ayrılıq
Hər bir dərddən olur yaman ayrılıq...

Ancaq mahnının sözləri siyasi dəyərləndirildiyi üçün senzuraya məruz qalıb və şair İbrahimi mahnının sözlərini dəyişdirərək, onu bu gün hər yerdə oxunduğu kimi bir sevgi şeiri şəklinə salıb.

Mahnının digər məşhur ifaçısı isə Ququş olub.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar