Xəbər lenti
Qazaxıstan səfirliyi Yasamal kitabxanasına kitablar hədiyyə etdi -Beynəlxalq layihələr çərçivəsində
Qazaxıstan Respublikasının Azərbaycandakı Səfirliyi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) “Hüseyn Cavid. Şeirlər” və “Alaş Orda: Qazax dövlətçiliyini tarixində əhəmiyyəti” kitablarını hədiyyə etdi.
“Hüseyn Cavid. Şeirlər” kitabında Azərbaycanın və türk dünyasının böyük şairi Hüseyn Cavidin qazax və Azərbaycan dillərində şeirləri toplanmışdır. Qazax dilinə ilk dəfə tərcümə edilən şeirlərdə şairin türkçülüyə dair fikirlərini əks olunur. Əl-Fərabi Qazax Milli Universitetinin rektoru, Qazaxıstan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Qalımkayır Mutanov kitaba ön söz yazmış və Hüseyn Cavidi “türk dünyasının parlaq ulduzu” adlandırmışdır. Kitabda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin şairin həyat və yaradıcılığı haqqında məqaləsi də verilmişdir.
“Alaş Orda: Qazax dövlətçiliyini tarixində əhəmiyyəti” kitabı “Alaş” hərəkatının Qazax dövlətçiliyinin tarixində olan əhəmiyyətindən bəhs edir. Kitab Qazaxıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Beybit İsabayev tərəfindən nəşrə hazırlamışdır. Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru Nizami Məmmədov-Tağısoy kitabı Azərbaycan dilinə tərcümə etmişdir. Kitabda Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin “Alaş” irsi və günümüz” məqaləsi çap edilmişdir.
Kitabda Azərbaycan, qazax və rus dillərində ədəbiyyatdan və İnternet resuslarından istifadə edilmişdir.
Hədiyyə olunan kitablar Yasamal rayon MKS-inə daxil olan M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının və bütün kitabxana filiallarının fonduna daxil olunub.
Kitablarla əlaqədar “dəyirmi masa”ların keçirilməsi planlaşdırılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar