Xəbər lenti
Yasamal rayon MKS-inin «#ПушкинLike» Beynəlxalq müsabiqəsində iştirakı gözlənilir -BEYNƏLXALQ KİTABXANA ƏMƏKDAŞLIĞI ÇƏRÇİVƏSİNDƏ

Münsiflər heyətinin tərkibinə Azərbaycandan üç nəfər daxil edilib
«#ПушкинLike» Beynəlxalq müsabiqəsini Ulyanovsk vilayətinin İncəsənət və Mədəniyyət Siyasəti Nazirliyinin dəstəyi ilə “Kitab sarayı – V.İ.Lenin adına Ulyanovsk Vilayət Elmi Kitabxanası” təşkil edir.
Müsabiqə böyük rus şairi A. S. Puşkinin anadan olmasının 220 illik yubileyi ilə əlaqədar keçirilir. Müsabiqə şairin əsərlərinin çoxdillərdə oxunmasına, müxtəlif ölkələrin poeziya sevərləri arasında yaradıcılıq dialoqunun qurulmasına təkan verəcək.
Müsabiqədə A.S.Puşkinin şeirlərini müasir oxunuşda təqdim edən videoçarxlar iştirak edəcək.
14 yaşından yuxarı olan hər kəs müsabiqədə iştirak edə bilər. İştirak fərdi və kollektiv formada (komanda ilə) mümkündür. İştirakçılar müsabiqəyə məhdudiyyətsiz sayda videoçarxlar təqdim edə bilər, hər videoçarx ayrıca qiymətləndiriləcək.
Müsabiqənin məqsədi audiovizual və müasir rəqəmsal texnologiyaların istifadəsilə A.S.Puşkinin ədəbi və tarixi irsinin populyarlaşdırılması, dillərin və mədəniyyətlərin dialoqu üçün açıq kommunikasiya məkanı yaratmaqdır.
Müsabiqə materialları 10 yanvar 2019-cu ildən 1 sentyabr 2019-cu ilədək qəbul olunacaq.
Müsabiqənin qalibləri Ulyanovsk şəhərində A.S.Puşkinin 220 illik yubileyi ilə əlaqədar hədiyyə və Diplomlarla təltif olunacaqlar.
Münsiflər heyətinin tərkibinə Yasamal rayon MKS-inin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Lətifə Məmmədova, rus ədəbiyyatının tanınmış tədqiqatçısı, puşkinşünas, yazıçı-publisist, politoloq Reyhan Mirzəzadə, filologiya elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri Firudin Qurbansoy daxildir.
Müsabiqədə iştirak etmək üçün M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasına müraciət etmək olar (Yasamal rayonu, H.Zərdabi küç., 68).
Yasamal rayonunun kütləvi kitabxanalarında A.S.Puşkinin əsərləri nümayiş olunur.
Əlaqə: (012) 432-68-11 Veb sayt: www.yasamal.cls.az E-mail: yasamal.mks@mail.ru
Facebook: Yasamal MKS İnstagram: yasamalmks


Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar