Xəbər lenti
Cəfər Cabbarlıya həsr olunmuş “dəyirmi masa” təşkil olundu

Manevr.az xəbər verir ki, Yasamal rayon MKS-inin Q. Musabəyov adına 3 №-li kitabxana filialında Cəfər Cabbarlıya həsr olunmuş “dəyirmi masa” təşkil olundu
Yasamal rayon MKS-inin Q. Musabəyov adına 3 №-li kitabxana filialında görkəmli dramaturq, teatr və kino xadimi Cəfər Cabbarlının 125 illik yubileyi ilə əlaqədar “dəyirmi masa” keçirildi. Tədbirdə 158 №-li tam orta məktəbin 8 c sinif şagirdləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan kitabxana filialının müdiri Arzu Xudayarova C.Cabbarlının Azərbaycan ədəbiyyatına, mədəniyyətinə verdiyi töhfələrdən danışdı.
Tədbirdə C. Cabbarlının “Sevil” və “Almaz”pyeslərindən səhnəciklər göstərildi. Şagirdlər “Ölkəm” və “Mən bir solmaz yarpağam ki...” şeirlərini söylədilər.
Tədbirin sonunda “Böyük ədib və dramaturq – 120” adlı sərgiyə baxış keçirildi.


Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar