Xəbər lenti
Yakutiyada keçirilən Beynəlxalq konfransda Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının iştirakı gözlənilir
Manevr.az bildirir k, 2019-cu ilin iyul ayında Yakutskda “Dünya xalqları dillərinin qorunması və kiberməkanda dil müxtəlifliyinin inkişafı: kontekst, siyasət, təcrübə” mövzusunda Beynəlxalq konfrans təşkil olunacaq. Konfrans BMT-nin qərarı ilə 2019-cu ilin Beynəlxalq Dillər İli elan olunması ilə əlaqədar keçirilir.
Konfransda dünyanın 70 ölkəsindən alimlərin, siyasətçilər, diplomatlar, kitabxana mütəxəssisləri, media nümayəndələri, ali məktəb müəllimlərinin iştirakı gözlənilir.
Konfransın məqsədlərindən biri Saxa Respublikasının (Yakutiyanın) dünyada dilləri və mədəniyyətləri qoruyub saxlayan unikal məkan kimi göstərilməsidir.
YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Rusiya komitəsinin sədri Yevqeniy Kuzmin konfransın keçirilməsi ilə bağlı təşkilati məsələləri Saxa Respublikası Höküməti sədrinin birinci müavini Aleksey Struçkovla 22 yanvar tarixində keçirilən görüşdə müzakirə edib.
Dillərin qorunması problemlərinə həsr olunmuş Beynəlxalq forumlar Yakutskda, Parisdə və Xantı-Mansiyskdə keçirilmişdir.
Sözügedən konfransda Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru Lətifə Məmmədova “Azərbaycan kitabxanaları multikultural məkan kimi–dillərin qorunması: tarixi təcrübə və yeni tendensiyalar” məruzəsi ilə çıxış edəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar