Xəbər lenti
“Nəsimi ili” ilə əlaqədar kitabxananın yeni layihəsi
Manevr.az bildirir ki,“Nəsimi ili” ilə əlaqədar kitabxananın yeni layihəsi (“Seyid Əli Seyid Məhəmməd oğlu İmad əd-Din Nəsimi Şirvani” monoqrafiyası çapa hazırlanıb)
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər təşkil olunur (kitab sərgiləri, “ucadan oxu”lar, “qəzəl saatları”, müxtəlif müsabiqələr və s.)
Ölkə başçısının müvafiq sərəncamlarının icrasını təmin etmək məqsədilə M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxananın Fəxri oxucusu, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy “Seyid Əli Seyid Məhəmməd oğlu İmad əd-Din Nəsimi Şirvani” monoqrafiyanı hazırlayıb.
Orta əsrlər üzrə mütəxəssis olan F.Qurbansoyun qələmə aldığı monoqrafiya elmdə yeni sözdür və AMEA-nın Ədəbiyyat İnstitunda müzakirə edilmiş və nəşrə tövsiyə edilmişdir.
Monoqrafiya “Ön söz”, “Nəsimi Şirvani haqqında”, “Nəsiminin gəzdiyi coğrafiya”, “Nəsimi şeirinin qaynaqları”, “Hürufiliyin mənbəyi və təzahürü”, “Sakral rituallar”, “Nəsimi yaradıcılığı”, “Nəsimi şeirinin ecazı” və s. bölmələrdən ibarətdir.
Əsərin elmi redaktoru filologiya elmləri doktoru, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Fəridə Əzizova, elmi məsləhətçilər akademik Vasim Məmmədəliyev və İsa Həbibbəylidir, rəyçilər filologiya üzrə fəlsəfə doktoru Çingiz Sasani və tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədovadır.
Monoqrafiyanın Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin maliyyə vəsaiti hesabına nəşr olunması gözlənilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar