Xəbər lenti
Kitabxanada yazıçı Əli Tudənin 95 illiyi qeyd olundu -“Yubileylər silsiləsi” layihəsi çərçivəsində

Manevr.az xəbər verir ki, Yasamal rayon MKS-inin Ə.Vahid adına 1 №-li kitabxana filialında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində növbəti tədbir keçirildi.
Kitabxanada şair Əli Tudənin 95 illiyi ilə əlaqədar oxucularla söhbət keçirildi. Kitabxana filialının müdiri Mətanət Qasımova yazıçının həyat və yaradıcılığı, onun mükafatları haqqında məlumat verdi. O, bildirdi ki, Azərbaycan şairi, Əməkdar incəsənət xadimi Əli Qulu oğlu Cavadzadə (Əli Tudə) 1924-cü ildə Ərdəbildə anadan olmuşdur. O, şimali və cənubi Azərbaycanın sevilən şairlərindən biri olmuş, daima azadlıq duyğusu ilə yaşamışdır.
Əli Tudə 40-a yaxın kitabın, 50 poemanın müəllifidir. Onun əsərləri rus, ingilis, özbək və s. dillərə tərcümə olunmuşdur.
Kitabxanada Əli Tudəyə həsr olunmuş kitab sərgisi nümayiş olunur. Oxucular Əli Tudənin kitabxanada olan əsərlərini müzakirə etdilər

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar