Xəbər lenti
Amin Sükutun "Tulfinlər"i və Elmir Hüseyinoğlunun "Sevannaya qayıdış"ı məktəblilərin müzakirəsində

Qubadlı rayonunun Xıdırlı kənd orta məktəbində uşaq yazıçısı Amin Sükut, şair Elvin Paşa və "Parlaq İmzalar" nəşriyyatının redaktoru Toğrul Musayevlə görüş keçirildi.
Manevr.az xəbər verir ki, görüşdə əsasən Amin Sükutun "Tulfinlər" və Elmir Hüseyinoğlunun "Sevannaya qayıdış" əsərləri müzakirə olundu.
Uşaq yazarları ilə oxucuların görüşməsi barədə hazırlanmış lahiyənin rəhbəri oxuculardan məktəbli Ömər Allahverdiyev çıxış edərək tədbiri açıq elan etdi. Hər iki kitabı oxuduğunu və onlar haqqında fikirlərini bölüşdü. Sonra çıxış üçün sözü məktəbin direktoru Savalan İmanova verdi. Məktəb rəhbəri ədəbiyyatın insan həyatında rolundan danışdı və müəlliflərə eyni zamanda uşaqlara təşəkkürünü bildirdi.
Daha sonra tədbir müəlliflə uşaqların müzakirələri əsasında davam etdi. Tuflinləri oxuyan uşaqlar müəllifə suallar ünvanladı və suallar ətrafında maraqlı söhbət alındı. Tədbir boyunca Elvin Paşanın şeirlərini səsləndirməsi tədbirin daha maraqlı keçməsinə zəmin yaratdı.
Tədbirin sonunda bütün uşaqlara "Parlaq İmzalar" nəşriyyatında çap olunan uşaq ədəbiyyatına aid kitablar hədiyyə olundu və xatirə şəkilləri çəkildi.





Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar