Xəbər lenti
Şərəf və Qürur Günü
Ağcabədi rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi 20 yanvar faciəsinin 29-cu ildönümü günü münasibətilə "Şərəf və Qürur günü" başlığı altında tədbir keçirib.
Manevr.az xəbər verir ki, əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra MKS-ini direktor müavini Təranə Məmmədova çıxış edərək bildirib ki, sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşiliklər və qətllər insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. O gecə Azərbaycan xalqına qarşı törədilən cinayət, tökülən qanlar xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi, insanları daha sıx birləşdirdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız öz müqəddəs arzusuna - milli azadlığına qovuşa bildi, Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu. “Torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olanlar arasında həmyerlimiz Faiq Əlizadə də var.
Məktəblilər faciə ilə bağlı ədəbi-bədii kompozisiya təqdim ediblər. Tədbirir sonnda, Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur”, - deyə MKS-in direktor Məhəbbət Əliyeva bildirib
Manevr. az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar