Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Müşərrəf Akayın səsimə bu qədər dəyər verməsi məni qürurlandırdı” – Çilənay Hüseynova ilə MÜSAHİBƏ

Tarix: 15-01-2019 22:18     Baxış: 2990 A- / A+
“Müşərrəf Akayın səsimə bu qədər dəyər verməsi məni qürurlandırdı” – Çilənay Hüseynova ilə MÜSAHİBƏ


Manevr.az bəstəkar-ifaçı Çilənay Hüseynovanın turkustan.info-ya müsahibəsini təqdim edir:


Çilənay xanım, daha bir ili geridə qoyduq. 2018-ci il Çilənay xanım üçün necə keçdi? Yaradıcılığınızda, şəxsi həyatınızda…

Öncəliklə xoş gördük əziz izləyicilərim. 2018 il geridə qoyduq ve bir il daha keçdi ömrümüzdən. Sevincli və kədərli bir il. Mənim üçün bu il xoş anlarla xatirəmdə qaldı, yaddaşıma köçdü. Həyat elədir ki, heç vaxt hər şey sən istəyən kimi olmur. Bu gerçəyi dərk edən insan həyatda qarşılaşdığı eniş-yoxuşları, uğurları və uğursuzluqları tebii qəbul edər. Necə ki, ilin dörd fəsli var. Bir gün günəş doğur, biz bundan xoş hal oluruq. Bir gün qar yağır insanın qayğıları artır. Bir də göyqurşağı möcüzəsi var. Bunların hər ikisini ifadə edən. İnsan həyatı kimi. Qısası, insan heyatı da bir növ fəsillər kimidir. Əsas odur ki qəlbimiz hər zaman hiss etsin döyündüyünü. Mən çalişiram ki, xoş günləri xatirəmdə saxlayım, kədərli anlari deyil. Bu baxımdan, 2018-ci ili də həyatımızdan gəlib keçən keşməkeşli bir il kimi yola saldıq.
“Müşərrəf Akayın səsimə bu qədər dəyər verməsi məni qürurlandırdı” – Çilənay Hüseynova ilə MÜSAHİBƏ


2018-ci il yeni bəstələrinizi və ifalarınızı təqdim etdiniz. Bu barədə mümkünsə.

Bəli, bu baxımdan 2018-ci lil uğurlu saymaq olar. Keçən ildə maraqlı bəstələrim oldu. Bunlardan “Sənsiz neylərəm”, “Xəyalın”, “Unutdun”, “Sevinc payım”, ”Sev”, “Ayrilığın sonu əzab”, “Təkcə sən”, “Ayriliq”, “Səninlə”, “Darıxdım” və s.
Həqiqətən, məhsuldar bir il olub. Bir ildə bu qədər mahnıları bəstələmək, ifa etmək, yazdırmaq və dinləyiciyə təqdim etmək. Bütün bunlara görə yeni ilin başlanğıcında ötən ilə görə sizi təbrik etmək olar.
Çox sağ olun. Həqiqətən ağır prosesdir. Kənardan dinləyən üçün asan görünə bilər. Ancaq bir əsərin təqdimatı üçün mərhələləri keçmək lazımıdr.

“Müşərrəf Akayın səsimə bu qədər dəyər verməsi məni qürurlandırdı” – Çilənay Hüseynova ilə MÜSAHİBƏ


Bildiyimiz və izlədiyimiz qədərilə ötən il səhnə çıxışlarınız da çox oldu. Konsertlərdə yer aldınız.
Bəli, ötən il bir çox konsert səhnələrində çıxışlarım oldu. İlk öncə akademik Teymur Bünyadovun 90 illik yublileyində onun bayatılarına bəstə etdiyim mahnı ilə çıxış oldu Muğam Mərkəzində. Sonra müxtəlif televiziya proqlarında qonaq oldum dəfələrlə. Ən sonuncu Gunaz Tv kanalinda 2 dəfə solo səhnə aldım. Bu mənim üçün çox dəyərli çıxış oldu. Bundan başqa Cümhuriyyətimizin 100 illiyinə həsr olunmuş konsertdə iki mahnı ifa etdim. “Ayrılıq” və “Ay Laçın” mahnıları. Çox uğurlu, yadda qalan anlar idi.
“Müşərrəf Akayın səsimə bu qədər dəyər verməsi məni qürurlandırdı” – Çilənay Hüseynova ilə MÜSAHİBƏ


Elə son qeyd etdiyiniz ifalarınız haqda sual vermək istəyirəm. Muğam Mərkəzindəki həmin ifalarınız zamanı konsertdə iştirak edən Türkiyənin məşhur müğənnisi, əfsanəvi Müşərrəf Akayla birgə “Ayrılıq” mahnısını ifa etdiniz. Onun təqdirini və xeyir-duasını mötəbər kürsüdən aldınız. O anları necə xatırlayırsınız və hansı izlər buraxdı?
Düzünü deyim ki, mənim üçün möhtəşəm an idi. Çünki mən gözləmirdim ki, yenidən Müşərrəf xanım tərəfindən səhnəyə dəvət olunam. O söylədi ki, “Ayrılıq” mahnısını yenidən birgə duet oxuyaq. O an çox həyəcanlı idim, həm də xoşbəxt. Çünki, Müşərrəf xanım mənim üçün bir əfsanədir. Həm gözəlliyi, həm sənəti. Onun xeyir-duasını almaq, onun yaddaşında iz buraxmaq mənim üçün fəxrdir, qürurdur. Bu çıxışıma reaksiyaları sonrakı müddətdə də hiss edirdim.
Yeni başlanan illə bağlı nə kimi planlarınız var. Sirr deyilsə…
Bəli, mutləq ki var. Allah izn versə, izləyicilərimə yeni əsərlərimi təqdim edəcəm. Bu barədə artıq müəyyən işlərimiz var. Qoy, hələ sirr qalsın, surpriz olsun deyək.

“Müşərrəf Akayın səsimə bu qədər dəyər verməsi məni qürurlandırdı” – Çilənay Hüseynova ilə MÜSAHİBƏ

“Müşərrəf Akayın səsimə bu qədər dəyər verməsi məni qürurlandırdı” – Çilənay Hüseynova ilə MÜSAHİBƏ

“Müşərrəf Akayın səsimə bu qədər dəyər verməsi məni qürurlandırdı” – Çilənay Hüseynova ilə MÜSAHİBƏ




Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar