Xəbər lenti
MTRŞ-nın Aparat rəhbəri dəyişib – Dosye

Milli Televiziya və Radio Şurasına (MTRŞ) yeni Aparat rəhbəri təyin edilib.
Şura sədri Nuşirəvan Məhərrəmli Asəf Hacıyevin Aparat rəhbəri təyin olunması ilə bağlı müvafiq əmr imzalayıb.
MTRŞ-nın bundan əvvəlki Aparat rəhbəri Toğrul Məmmədov idi. O, Prezident İlham Əliyevin ötən ilin dekabr ayının 21-də imzaladığı sərəncamla Lənkəran Rayon Məhkəməsinə hakim təyin olunub.
Qeyd edək ki, A.Hacıyev 1967-ci il sentyabrın 21-də İmişli rayonunun Sarıxanlı kəndində anadan olub. 1974-1984-cü illərdə İmişli rayonunun Sarıxanlı kənd orta məktəbində təhsil alıb. 1985-1987-ci illərdə keçmiş SSRİ-nin Hərbi Hava Qüvvələri tərkibində hərbi xidmətdə olub.
1988-1990-cı illərdə İmişli rayonunun “Bakı” kolxozunda fəhlə işləyib. 1990-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olub. 1995-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1996-cı ildə Tarix fakültəsinin “Dünya azərbaycanlıları” bölməsinə elmi işçi vəzifəsinə götürülüb. Tarix üzrə fəlsəfə doktorudur. 1995-1996-cı illərdə Bakı şəhəri Yasamal rayonu 225 saylı orta məktəbdə tarix müəllimi işləyib.
1998-2007-ci illərdə “Azadinform” İnformasiya Agentliyinin direktoru, 2000-2007-ci illərdə “İntellekt” Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində çalışıb. 2007-ci ildə “Xəzər” TV-nin, 2008-ci ildə isə “Xəzər” radiosunun təsisçisi və prezidenti olub.
2010-cu ildə “Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə” “Tərəqqi” medalı ilə təltif edilib.report
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « İyun 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | |||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































