Xəbər lenti
Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Səhiyyə Nazirliyinin Psixo-nevroloji Uşaq Mərkəzində tədbiri
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxana yazıçı-publisist, şairə Sevinc Ağa Xəlilqızı (Basqallı) ilə birlikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixo-nevroloji Uşaq Mərkəzində tədbir təşkil etdilər.
Manevr.az xəbər verir ki, tədbirdə Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova, Psixo-nevroloji Uşaq Mərkəzinin baş həkimi İradə Musayeva, Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyətinin layihə rəhbəri Mətanət Qaraxanova da iştirak etdilər. Uşaqlara Yeni il hədiyyəsi olaraq, kitabxana tərəfindən hazırlanmış təbrik videoçarxı nümayiş olundu.
Psixo-nevroloji Uşaq Mərkəzinə Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının oxucusu yazıçı-publisist, şairə, Sevinc Ağa Xəlilqızı (Basqallı) ilə birgə layihəsi əsasında hazırlanmış “Bu dünyanın fidanları. Дети – сияние планеты” bilinqvistlik (ikidilli) kitabı hədiyyə edildi.
Bundan başqa, uşaq yazıçısı Gülzar İbrahimovanın kitabları və “Vətən və mən” CD diski hədiyyə olundu.
Yasamal rayon 158 №-li tam orta məktəbinin şagirdləri mərkəzin uşaqları üçün səhnəciklər, şeirlər söylədilər və şənlik təşkil olundu.
Psixo-nevroloji Mərkəzin uşaqlarına hədiyyə olunmuş videoçarxa https://www.youtube.com/watch?v=Dfg_Kh3mBRU linkdə baxmaq olar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar