Xəbər lenti
Gənc yazarların “Mirzə Şəfi Məclisi”nin növbəti toplantısı Azərbaycan Xalça Muzeyində keçirildi

Manevr.az bildirir ki, Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında təşkil olunan gənc yazarların “Mirzə Şəfi Məclisi”nin 2019-cu ilin ilk toplantısı Azərbaycan Xalça Muzeyində keçirildi.
Xalça Muzeyinin “Uşaq muzeyi” şöbəsinin müdiri Azər Abdullayev qonaqları səmimi qarşılayaraq, muzeyin kollektivi adından onlara gələcək yaradıcılıqlarında uğurlar arzuladı. Uşaqlar muzeydəki eksponatlarla tanış oldular. Xalçalarla maraqlanan uşaqlardan bir neçəsi muzeyin nəzdindəki xalçatoxuma kurslarına yazıldılar.
Xalça sexində Məclisin qonağı şairə Sənəm Səbayel xalçaçı qadınlara “Zəhmətkeş qadın əlləri” şeirini oxudu. Məclisin sədri Gülzar İbrahimova “Bir zalım şah vardı” kitabını xalçaçı qadınlara hədiyyə etdi.
“Mirzə Şəfi Məclisi”nin toplantısı “Yaradıcı əllər” zalında keçirildi. Məclisdə uşaqlar yazdıqları yeni əsərləri oxudular. Əsərlər müzakirə olundu, onlara dair fikir, təklif və rəylər bildirildi.
Valideynlər “Mirzə Şəfi Vazeh Məclisi”nin Facebook-da səhifəsinin yaradılmasını öhdələrinə götürdülər. 137 №-li tam orta məktəbin direktor müavini Sənubər Musayeva istedadlı şagirdləri ilə birgə Məclisdə iştirak etdi, yaradıcı uşaqlara dəyərli tövsiyələr verdi.
“Mirzə Şəfi Məclisi”nin sədri, Gülzar İbrahimova bildirdi ki, Məclisin yaradılmasında əsas məqsəd istedadlı uşaqlara diqqət göstərmək, onların yaradıcılığını dəstəkləməkdir.





Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar