Xəbər lenti
“Əfsanə qayıdır”ın yayımını kinoteatrlar dayandırdı
Baş rollarını əməkdar artist Dilarə Əliyeva, aktyorlar Fərda Xudaverdiyev, Nicat Rəhimov və Ülfət Bəşirin canlandırdığı “Əfsanə qayıdır” filminin bir neçə kinoteatrda yayımı dayandırılıb.
Bu haqda ekran işinin rejissoru Emil Abdullayev sosial şəbəkədə yazıb. O, kinoteatrlardan gileylənib:
“Bu gündən etibarən “Əfsanə qayıdır” filmi ancaq Nizami Kinoteatrında yayımlanacaq. Bununla bağlı dünəndən bəri mənə çox sayda zənglər, sms-lər gəlir ki, niyə belə olub? İstəyirəm birdəfəlik burada açıqlamasını verim. 27 dekabrdan Nizami Kinoteatrı və “Park Cinema” şəbəkələrində yayıma başlayan “Əfsanə qayıdır” filmi ilk həftəsindən “Park Cinema”da ədalətsiz seans bölgüləri ilə üzləşdi. İlk 5 gününü fotoda da gördüyünüz kimi (Fotodakılar dolu zalların bir qismidir) verilmiş dəxlisiz saatlara baxmayaraq demək olar ki, bütün seansları tam olaraq doldurub.
Bu cür anşlaq etməsinə rəğmən “Park Cinema” seans sayını artırmaq əvəzinə filmin ilk həftəsonunda 5 seansa endirdi. Seans saatları bunlar idi: 10:00, 12:00, 23:00, 00:30, 02:30. Bu gün filmin yayımının 10-cu günündə filmin “Park Cinema” şəbəkələrində yayımı dayandırıldı. Bu baş verənlərin nə demək olduğunu həm anladım, həm də anlamadım. 1 il 2 ay üzərində yüzlərlə insanın əziyyəti, zəhməti olan rəng, səs, qrafika işləri Türkiyədə olmuş, çox böyük maliyyə yatırımı edilmiş filmi beləcə, bilərəkdən batırmağa çalışdılar.
Mən bir rejissor kimi 28 noyabr 2014-cü ildə xarici filmlərin ölkədə qaz vurub qazan doldurduğu vaxtda, ilk yerli kommersiya filmini çəkib kinoteatrlarda yerli filmlərin önünü açmağa vasitəçilik etmiş insanlardan biriyəm. Ölkədə yerli-xarici filmlər arasında ən çox izlənən 2 filmin rejissoruyam. “Əfsanə qayıdır” filminin prodüsseri, rejissoru və ssenaristlərindən biriyəm. Mənə dəstək olan hər kəsə sonsuz təşəkkürümü bildirirəm.
Hər zaman dövlətim, millətim üçün yaxşı nəsə etməyə çalışmışam. Hər zaman Azərbaycan filminin inkişafına çalışmışam. Nə dərəcədə bacardığımı bilmirəm, amma bundan sonra da bunun üçün çalışmağı özümə borc bilirəm. Bu baş verən haqsızlıqları açıqlamaqda məqsədim mənim kimi min bir əziyyət, zülm çəkərək film ərsəyə gətirən yaradıcı insanların ehtiyatlı davranıb, bu tip oyunlara gəlməsinin qarşısını almaqdır. “Əfsanə qayıdır” filmini izləmək istəyənlər Nizami Kinoteatrının bizə ayırdığı yetərli seanslarda izləyə bilərsiz”.dərgi.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar