Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əbülfəs Qarayevə şok - Nazirliyin bütün rayon şöbələri ləğv edildi

Tarix: 11-11-2016 14:24     Baxış: 4586 A- / A+
Əbülfəs Qarayevə şok



Yeni qərar gələn ilin yanvarından qüvvəyə minəcək. Həmin vaxtadək şöbələr fəaliyyətini, işçilər isə işlərini davam etdirəcəklər.

Mədəniyyət və Turizm Nazirliyinin yeni qərarı ilə, nazirliyin rayon şöbələri ləğv edilib. Bu barədə Sputnik-ə nazirlikdəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, bu məsələ bir neçə ay öncədən planlaşdırılsa da, qərar ötən günlərdə verilib. Qərara əsasən, rayonlardakı yerli şöbələr faktiki olaraq ləğv edilib, onların rəhbərliyi və əməkdaşları işdən azad olunub.

Yeni qərar gələn ilin yanvarından qüvvəyə minəcək. Həmin vaxtadək şöbələr fəaliyyətini, işçilər isə işlərini davam etdirəcəklər.

Mənbə əlavə edib ki, ləğv olunmuş şöbələrin əvəzinə, bir neçə rayonun birləşdiyi regional mədəniyyət idarələri yaradılacaq. İdarənin işçi heyəti isə, ləğv olunmuş şöbələrin birinin işçi personalının sayına bərabər olacaq. Yəni, ləğv olunmuş 4 rayon şöbəsinin əməkdaşlarından, yalnız birində olan qədər işçi heyəti saxlanılacaq.

Xəbəri dəqiqləşdirmək və əlavə məlumatlar əldə etmək üçün Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə müraciət etdik.
Nazirlikdən verilən açıqlamada xəbəri təkzib etməsələr də, detallar barədə açıqlama da vermədilər. Bildirildi ki, bu istiqamətdə işlər tam yekunlaşmadığı üçün, əlavə məlumat verə bilməyəcəklər.

Sözügedən yenilik bir sıra suallar ortaya çıxarır: Əvvəla, bu qərar hansı zərurətdən meydana çıxdı? Ölkənin mədəniyyət siyasətində nə kimi dəyişikliklərə səbəb olacaq? Ləğv olunan şöbələrin, ümumilikdə nə qədər əməkdaşı işsiz qalacaq? İşini itirmiş əməkdaşlarının aqibəti necə olacaq?

Bu və digər suallara nazirliyin özündən cavab almağı çox istərdik. Təəssüf ki, cəhdlərimiz nəticəsiz qaldı. Bununla belə, məsələyə Milli Məclisin deputatlarının münasibətini öyrəndik.

Parlamentin Mədəniyyət komitəsinin keçmiş sədri Nizami Cəfərov haqqında söhbət gedən struktur dəyişikliklərini faydalı hesab edir:

Əbülfəs Qarayevə şok

"Bu, dövlət səviyyəsində verilmiş qərardır. Bunun əhəmiyyəti odur ki, istər təhsil, istər mədəniyyət, istərsə də digər sahələrin regional şəkildə idarə olunması daha doğrudur. Bunun həm idarəçilik baxımdan, həm geniş bir bölgəni idarə etmək baxımından, həm maliyyə baxımından böyük əhəmiyyəti var".

"Hal-hazırkı sistem — hər rayonda bir şöbənin olması iş prosesinin daha effektli getməsinə imkan vermir. Bunun üzərində illərdir düşünülüb və belə qərar verilib ki, regional idarələr yaradılsın", — deputat bildirib.

O, ləğv olunan şöbələrin işdən çıxarılan kadrlarına yeni iş veriləcəyini də qeyd edib: "Müəyyən qədər ixtisarlar olacaq, amma ümumilikdə yeni sistem və effektli iş üçün bu, cüzi bir itkidir. Yerdə qalan işçilər başqa sahələrdə yerləşdiriləcək. O qədər də çox kadr itkisi olmayacaq. Bunlar hamısı düşünülüb".

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Gövhər Baxşəliyeva da şöbələrin ləğvini səmərəli idarəetmə cəhətdən vacib sayır:

Əbülfəs Qarayevə şok

"Hər rayonda mədəniyyət şöbəsinin olmasına artıq ehtiyac yoxdur. Bütün dünya iqtisadi böhran yaşayır, eyni zamanda neft qiyməti aşağı düşür. Buna görə də Azərbaycan rəhbərliyi maksimal dərəcədə vəsaitlərə qənaət edərək islahatlar keçirir və daha səmərəli işlər görülür".

"Hər rayonda bir mədəniyyət şöbəsinin olması, amma görülən işin səmərəli olmamasındansa, bir neçə rayonu əhatə edən bir idarənin olması və daha səmərəli fəaliyyət göstərməsi məqsədəuyğundur. Bu, işçilərin işləməsindən, vətənpərvərliyindən, vicdanından asılıdır", — G. Baxşəliyev bildirib.

Kadrların ixtisarı və işsiz qalan əməkdaşların aqibəti haqda isə millət vəkili belə düşünür: "Regional mərkəzlərin işçiləri daha çox məvacib alacaqlar. 10 nəfərə az maaş verməkdənsə, 3-5 nəfərə daha çox maaş verib, daha keyfiyyətli iş tələb etmək sərfəlidir".

"Bu sistem bütün dünyada hər bir ölkədə tətbiq olunur. Kapitalist sistemi budur. Daha savadlı, daha potensiallı kadrlar tez və yaxşı iş tapa bilirlər. Bunun özü də gənclərin öz üzərində daha çox işləmələrinə səbəb olur. Biz ölkəmizin inkişafını istəyiriksə, bu kimi islahatlara getməliyik", — deputat vurğulayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar