Xəbər lenti
İlin ən çox oxunan kitablarından ”Kitab yolkası” hazırlandı

Manevr.az xəbər verir ki,Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında 2018-ci ilin iyul ayından başlayaraq kitab və mütaliə problemlərini öyrənmək məqsədi ilə sosioloji sorğular, ekspress sorğular keçirilir.
2018-ci ilin yekunlarına görə böyüklər tərəfindən ən çox oxunan müəlliflər arasında Lev Tolstoyun, Aqata Kristinin, Xalid Hüseyninin, Çingiz Abdullayevin, Darya Donsovanın, Varisin, Nüşabə Məmmədlinin, Elxan Elatlının, Cek Londonun, Mikayıl Müşfiqin, Balzakın, Cone Qrayın, Marqaret Mitçellin, Con Ostinin və b. əsərlərini qeyd etmək lazımdır.
Uşaq və yeniyetmələr daha çox “Kitabi Dədə Qorqud”a, Nizami Gəncəvinin, A.S.Puşkinin, Q.X.Andersenin, C.Məmmədquluzadənin, C.Cabbarlının, M.F.Axundzadənin, Ş.Perronun, A.P.Çexovun, N.Nosovun, Abdulla Şaiqin, Xanımana Əlibəylinin, Gülzar İbrahimovanın və b. kitablarına maraq göstərmişdilər.
Yeni il ərəfəsində ilin ən çox oxunan kitablarından M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasında “Kitab yolkası” qurulmuş və bəzədilmişdir.




Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar